Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Şəhriyar Məmmədyarov50 min dollar qazandı

9-01-2019, 13:59
Ana Səhifə » İdman » Şəhriyar Məmmədyarov50 min dollar qazandı
Şəhriyar Məmmədyarov50 min dollar qazandı Ria24.az FIDE Sankt-Peterburqda keçirilən rapid və blits üzrə dünya çempionatında iştirak edən şahmatçıların qazancını açıqlayıb.

1 milyon ABŞ dolları təşkil edən mükafat fondundan ən çox pay Maqnus Karlsenə çatıb. Bilitsdə qalib gələn, rapiddə 5-ci yerin sahibi norveçli dünya çempionunun qazancı 116 min 250 dollar olub.

Rapiddə ikinci yerdə qərarlaşan şahmatçımız Şəhriyar Məmmədyarov ən çox qazanan təmsilçimizdir. Onun qazancı 50 min 750 dollar təşkil edir. Rauf Məmmədov 1050, Qədir Hüseynov 437 dollar qazanıb.

Həm rapiddə, həm də blitsdə ikinci olan iranlı Sarasadat Xademalşarieh ən çox qazanan qadın şahmatçıdır. Onun qazancı 69 min dollardır. Qadın təmsilçilərimizdən təkcə Zeynəb Məmmədyarova (2750 dollar) bu siyahıda yer alıb.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up