Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Endi Marrey karyerasını başa vurur

11-01-2019, 13:20
Ana Səhifə » İdman » Endi Marrey karyerasını başa vurur
Endi Marrey karyerasını başa vurur Ria24.az Böyük britaniyalı məşhur tennisçi Endi Marrey bu il karyerasını başa vuracaq.

Bu barədə 32 yaşlı idmançının özü mətbuat konfransında açıqlama verib. O, səhhəti ilə əlaqədar bu qərarı verdiyini vurğulayıb.

Marrey "Australian Open"in onun üçün sonuncu turnir ola biləcəyini söyləyib. Təcrübəli tennisçi karyerasını Uimbldon turnirində bitirmək istədiyini, amma 5 ayadək ağrılarla oynamağı bacara biləcəyinə əmin olmadığını vurğulayıb.

Qeyd edək ki, Endi Marrey karyerası ərzində iki dəfə Uimbldon, bir dəfə isə "US Open" turnirinin qalibi olub. O, həmçinin 2012-ci il London və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya oyunlarında qızıl medal qazanıb. 2016-cı ildə tennisçilərin reytinqində birinci pilləyə qədər yüksəlmiş Marrey ötən ilin iyununda əməliyyat olunub və karyerasını yay aylarında bərpa edə bilib.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up