Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Avropa Gənclər Festivalı:Məşəl Romada yandırılıb, Azərbaycana ötürülüb -FOTO

13-04-2019, 12:00
Ana Səhifə » İdman » Avropa Gənclər Festivalı:Məşəl Romada yandırılıb, Azərbaycana ötürülüb -FOTO
Avropa Gənclər Festivalı:Məşəl Romada yandırılıb, Azərbaycana ötürülüb -FOTO Ria24.az Bu gün İtaliyanın paytaxtı Romada bizim eranın 9-cu əsrində dostluq və qardaşlıq simvolu olaraq İmperator Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində iyulun 20-28-də Bakıda keçiriləcək Avropa Olimpiya Gənclər Festivalının məşəlinin yandırılma və Azərbaycana ötürülmə, eyni zamanda, oyunların simvolu olan Zeytun ağacının Azərbaycana təqdim edilmə mərasimləri baş tutub.

Azərbaycan Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Olimpiya Gənclər Festivalına məsul digər rəsmilər təmsil edib.

Proqrama əsasən ilk olaraq, media nümayəndələri üçün nazir Azad Rəhimov, MOK vitse-prezidenti Çingiz Hüseynzadə, AOK-nin prezidenti Yanes Koçiyançiç, AOK Koordinasiya Komissiyasının sədri Corc Vizaski, İtaliya Olimpiya Komitəsinin prezidenti Covanni Malaqonun iştirakı ilə mətbuat konfransı keçirilib.

Müxtəlif media qurumlarının iştirakı ilə baş tutan mətbuat konfransında Bakıda iyulda gerçəkləşəcək XV Avropa Olimpiya Gənclər Festivalına hazırlıq prosesi, görülmüş işlər və nəzərdə tutulan planlarla bağlı suallar verilib.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Azərbaycan bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi edib və kifayət qədər yüksək təcrübəyə malik bir ölkədir. Bildirilib ki, XV Avropa Olimpiya Gənclər Festivalı iyulun 21-dən Bakıda start götürəcək və oyunlar üçün yeni idman arenaları tikilməyəcək. İdmançılar 12 idman qurğusunda 10 idman növündə mübarizə aparacaqlar. Bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş "Kristal Hall" bu il açılış mərasiminin keçiriləcəyi məkan olacaq. Eyni zamanda, media nümayəndələrinə Avropa Olimpiya Gənclər Festivalının loqosu, daşıdığı məna, bununla yanaşı, maskotlar - cırtdan və Qafqaz bəbiri haqda da məlumat verilib. Artıq könüllülərin seçiminin bitdiyi, onlar üçün təlimlərin başlanıldığı, 3600 könüllünün yarışlara cəlb olunduğu və oyunlara hazırlıqla bağlı digər məqamlar diqqətə çatdırılıb.

AOK-nin prezidenti Yanes Koçiyançiç Azərbaycanın bu oyunlara çox yüksək səviyyədə hazırlaşdığını və Avropa Olimpiya Gənclər Festivalının möhtəşəm şəkildə gerçəkləşəcəyinə əminliyini bildirib.

Daha sonra tədbirin rəsmi açılış mərasiminə start verilib. Çıxış edən gənclər və idman naziri Azad Rəhimov məhz bu gündən etibarən yarışlara 100 gün qaldığı müddətdə tədbirin qədim Romanın dostluq və sülh rəmzlərini özündə daşıyan tarixi Ara Pasis muzeyində gerçəkləşməsinin xüsusi məna daşıdığını diqqətə çatdırıb. Nazir 2018-ci ilin may ayında ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncam əsasında Bakı-2019 Təşkilat Komitəsinin yaradıldığını tədbir iştirakçılarına bildirib.

Nazir çıxışında deyib ki, Azərbaycan bütün dünyada sönməz odu, Yanar dağı ilə məşhurdur: "Əbəs yerə ölkəmizi “”Odlar diyarı” adlandırmırlar. Bu gün oyunların məşəlinin məhz bizə, Azərbaycana ötürülməsi idman alovunun daha da gur yanması, gənclərin ürəyində idmana olan sevgi məşəlinin daha da artması deməkdir. Bu gecə oyunların məşəli qədim Romadan, tarixi Bakıya, Odlar diyarına gedəcək. Eyni zamanda, qədim zeytun ağacı da, Bakıya aparılacaq. Bu ağac sülhün, dostluğun rəmzi olmaqla, Avropa Gənclər Olimpiya Festivalının dərin köklərini nümayiş etdirmiş olur”.

Çıxışının davamında nazir Bakının XV Avropa Gənclər Olimpiya festivalına hazırlıqları barədə məlumat verib, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş mötəbər idman tədbirləri haqda da qısaca söz açıb.

Proqramın davamı olaraq, sülhün rəmzi olan zeytun ağacı AOK-nin rəsmiləri tərəfində Azərbaycan nümayəndə heyətinə təqdimat edilib.

Bununla yanaşı, təqdimat mərasimində Fərid Mansurov, cüdoçu Kəramət Hüseynov və voleybolçu Raziyə Əliyeva iştirak ediblər.

Daha çox nəsillərin məşəli bir-birinə ötürməsi kimi xarakterizə olunan mərasimdə Fərid Mansurov məşəli Yanes Koyancicə, o isə gənc Raziyə Əliyevaya təqdim edib.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up