Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Azərbaycanın qadın güləşçisi Avropa çempionu oldu

13-04-2019, 12:20
Ana Səhifə » İdman » Azərbaycanın qadın güləşçisi Avropa çempionu oldu
Azərbaycanın qadın güləşçisi Avropa çempionu oldu Ria24.az Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçiriləm güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Elis Manolova ilk mərhələdə çətinliklə də olsa, isveçli həmkarına qalib gəlib.

Elis dörddəbir finalda alman güləşçini də məyus edərək yarımfinala adlayıb. Bu mərhələdə dünya və Avropa çempionu finlandiyalı Petra Olli ilə qarşılaşan E.Manalova möhtəşəm güləş nümayiş etdirib.

Titullu rəqibini “tuşe” ilə məğlub edən idmançımız ötən il Kaspiyskdə keçirilən analoji yarışdakı məğlubiyyətin əvəzini çıxıb və ardıcıl ikinci il qitə çempionatının finalına yüksəlib.

Finalda rumıniyalı rəqibi Krişta Tunde İnçeyə qalib gələn güləşçimiz Avropa çempionu olub.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up