Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Daha bir güləşçimiz Avropa çempionatında ermənini məğlub etdi

15-04-2019, 10:20
Ana Səhifə » İdman » Daha bir güləşçimiz Avropa çempionatında ermənini məğlub etdi
Daha bir güləşçimiz  Avropa çempionatında ermənini məğlub etdi Ria24.az Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Altıncı yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının 5 üzvü mübarizəyə başlayıb.

Güləşçilərimizdən yalnız Ülvi Qənizadə (72 kq) təsnifat mərhələsindən yarışa start verib. O, moldovalı Anatoli Popovu 1 dəqiqə 31 saniyəyə məğlubiyyətə uğradıb – 9:0.
Digər təmsilçilərimiz isə ilk sınaqlarına 1/8 finalda çıxıblar. Kamran Məmmədov (67 kq) danimarkalı Fredrik Holmquist Byerrehuusu 5:0 hesabı ilə üstələyərək, 1/4 finala adlayıb.

97 kq çəki dərəcəsində mübarizə aparan Orxan Nuriyev yarışa 1/8 finaldan başlayıb. Güləşçimizin ilk rəqibi ermənistanlı Artur Şahinyan olub. Orxan rəqibini 3:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up