Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Azərbaycan taekvondoçuları 9 medal qazandılar

15-04-2019, 12:20
Ana Səhifə » İdman » Azərbaycan taekvondoçuları 9 medal qazandılar
Azərbaycan taekvondoçuları 9 medal qazandılar Ria24.az Xarkovda taekvondo üzrə keçirilən açıq Ukrayna çempionatı başa çatıb.

G1 kateqoriyalı beynəlxalq turnirdə 9 idmançı ilə təmsil olunan Azərbaycan millisi maksimum nəticə göstərib.

Belə ki, taekvondoçularımızdan Qaşın Maqomedov (58 kq), Milad Harçeqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (53 kq) bütün rəqiblərinə qalib gəlməklə, çempion tituluna yiyələniblər.

Bəhruz Quluzadə (54 kq) və Fəridə Əzizova (67 kq) finalda məğlub olduqlarından gümüş, Cavad Ağayev (68 kq) və Ayxan Tağızadə (74 kq) isə yarımfinalda uduzduqlarından yarışı bürünc medalla başa vurublar.

"Gədəbəy" taekvondo klubunu təmsil edən Beyrək Bağırov (87 kq) da turnirə qatılıb və 3-cü olub.

Qeyd edək ki, 58 kq çəki dərəcəsində mübarizə aparan Qaşın Maqomedov qızıl medalla yanaşı, yarışın ən yaxşı idmançısı nominasiyasının da qalibi olub.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up