Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Şərif Şərifov Dağıstanda çempion oldu

4-05-2019, 16:00
Ana Səhifə » İdman » Şərif Şərifov Dağıstanda çempion oldu
Şərif Şərifov Dağıstanda çempion oldu Ria24.az Dağıstanın Kaspiysk şəhərində keçirilən Əli Əliyevin xatirə turniri başa çatıb.

Yarışın son günündə daha iki güləşçimiz fəxri kürsüyə qalxıb. Finaladək Xox Xuqayev (Rusiya), Ömərhacı Məhəmmədov (Belarus), Tajudin Muxtarov (Rusiya) və Batırbek Tsakulova (Rusiya) qalib gələn Şərif Şərifov (92 kq) son görüşdə də sevinən tərəf olub.

Həlledici qarşılaşmada Rusiyanın daha bir təmsilçisi Əlixan Cəbrayılovu 7:4 hesabıyla məğlub edən dünya, olimpiya və Avropa çempionumuz Dağıstanda himnimizi səsləndirib.

Gitinoməhəmməd Hacıyev (70 kq) də finaladək irəliləyib. O, növbəylə Anzor Zakuev, Ruslan Boqatıryov və Ramazan Ramazanovu (hamısı Rusiya) üstələyib. Son görüşdə yerli idmançı Razambek Camalova uduzan Hacıyev gümüş medalı boynundan asıb.

Xatırladaq ki, dünən Nurməhəmməd Hacıyev bürünc medal qazanıb. Beləliklə, yığmamız Memorialdan bir dəst medalla ayrılıb.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up