Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Azərbaycan Avropa Oyunlarını neçənci yerdə başa vurdu? -SİYAHI

1-07-2019, 11:00
Ana Səhifə » İdman » Azərbaycan Avropa Oyunlarını neçənci yerdə başa vurdu? -SİYAHI
Azərbaycan Avropa Oyunlarını neçənci yerdə  başa vurdu? -SİYAHI Ria24.az Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.

Yarışın son günündə 36 dəst medal sahibini tapıb.

Azərbaycan millisi son gündə hesabına 4 medal yazdırıb. Bunlardan ikisi yunan-Roma, ikisi karate yığmamızın hesabındadır. Güləşçilərdən İslam Abbasov (87 kq) gümüş, Sabah Şəriəti (130 kq) bürünc medal əldə edib. Karateçilərimizdən Rafael Ağayevlə (75 kq) Firdovsi Fərzəliyev (60 kq) gümüşə yiyələniblər.

Beləliklə, yığmamız Minsk-2019-u 28 medalla başa vurub. Təmsilçilərimiz 5 qızıl, 10 gümüş və 13 bürünc mükafata yiyələniblər.

Komandamız 10 gün davam edən Avropa Oyunlarının yekun medal sıralamasında 10-cu yeri tutub. Bu müddətdə sahibini tapan 200 dəst medala 43 ölkə təmsilçiləri yiyələnib. Onlardan 34-ü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Medal sıralamasına Rusiya başçılıq edir. 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi yenə şimallılar birinci olub. İkinci yeri isə yenə meydan sahibləri tutublar. Bu dəfə Belarus bu uğura imza atıb. Ukrayna isə ilk “üçlüy”ü qapayıb.

İlk “altılıq”da növbəti yerləri İtaliya, Hollandiya və Almaniya tutub. Daha üç milli - Gürcüstan, Fransa və Böyük Britaniya da Azərbaycan yığması kimi ilk “onluq”da qərarlaşıb.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up