Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Teymur Rəcəbov Dünya Kubokunu qazanıb reytinqdə irəlilədi

2-11-2019, 12:00
Ana Səhifə » İdman » Teymur Rəcəbov Dünya Kubokunu qazanıb reytinqdə irəlilədi
Teymur Rəcəbov Dünya Kubokunu qazanıb reytinqdə irəlilədi Ria24.az Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Şahmatçılarımız 100 qrossmeysterin yer aldığı reytinqdə irəliləyib.

Şəhriyar Məmmədyarov 2772 xalla 8-ci sıradadır. Dünya Kubokunu qazanmış Teymur Rəcəbov isə 15-ci yerdən 9-cu pilləyə yüksəlib. Teymuru Şəhriyardan beş xallıq fərq ayırır.

100-lükdə digər iki şahmatçımız Qədir Hüseynovla Nicat Abbasovdur. Qədir (2660) 83-cü, “Grand Swiss” turnirində yaxşı çıxış etmiş Nicat Abbasov (2655) isə 100-lüyə daxil olaraq 93-cü olub.

Qadınlardan da dörd şahmatçı Top-100-də yer alıb.

Reytinqdə ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2427 xalla 38-ci sıradadır.

Gülnar Məmmədova (2369) 97-ci, Xanım Balacayevə (2368) 98-ci, Ülviyyə Fətəliyeva (2368) isə 99-cu pillədədir.

Gənc oğlanlarda Azərbaycandan yalnız Vüqar Əsədli var. 18 yaşlı şahmatçımız 2513 xalla 64-cüdür.

19 yaşlı Günay Məmmədzadə və 18 yaşlı Xanım Balacayeva həm də gənclərin reytinqində yer alır. Günay 2427 xalla 4-cü, Xanım 2368 xalla 14-cü yerdədir.

Bundan başqa, Nərmin Məmmədova (2282) 43-cü, Gövhər Beydullayeva (2276) 47-ci və Aydan Höccətova (2238) 72-cidir.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up