Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Renat Dadaşov İngiltərə klubunda iki qol vurdu

15-01-2020, 16:30
Ana Səhifə » İdman » Renat Dadaşov İngiltərə klubunda iki qol vurdu
Renat Dadaşov İngiltərə klubunda iki qol vurdu Ria24.az Azərbaycan millisinin üzvü Renat Dadaşov İngiltərənin “Vulverhempton” klubunda ikinci oyununa çıxıb.

Dadaşovun formasını geyindiyi “Vulverhempton”un 23 yaşadək komandası (U-23) Birminqem Senior Kuboku çərçivəsində səfərdə “Tivideyl” klubu ilə qarşılaşıb.

Görüş “Vulverhempton”un 6:0 hesablı qələbəsiylə başa çatıb. Oyuna start heyətdə çıxan Dadaşov iki qol vurub. O, 31 və 55-ci dəqiqələrdə fərqlənib.

Bununla da “Vulverhempton” 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə onların rəqibi “Leminqton” komandası olacaq.

Qeyd edək ki, Renat Dadaşov beş gün əvvəl Premyer Liqa 2-də “Bləkbörn Rovers”lə görüşdə start heyətdə meydanda olmuşdu. Həmin matçda “canavarlar”ın U-23 komandası qonaq komandaya 0:1 hesabı ilə uduzmuşdu.

Hazırda çempionatda 11 xalla sondan ikinci – XI sırada olan “Vulverhempton”un gənc komandası yanvarın 20-də Premyer Liqa Kubokunda “Derbi Kaunti” ilə qarşılaşacaq. Qalib komanda bu turnirin qrup mərhələsində liderliyə yüksələcək.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up