Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Karantin dövründə “PAŞA Sığorta” şirkəti mövcud imkanlarla öz müştərilərinə tam dəstək oldu

22-05-2020, 14:00
Ana Səhifə » İqtisadiyyat » Karantin dövründə “PAŞA Sığorta” şirkəti mövcud imkanlarla öz müştərilərinə tam dəstək oldu
Karantin dövründə “PAŞA Sığorta” şirkəti mövcud imkanlarla öz müştərilərinə tam dəstək oldu Bütün dünyada COVID-19 virusunun yayılma səbəbi ilə yaranan karantin dövründə ölkəmizin öndə gələn digər böyük şirkətləri kimi “PAŞA Sığorta” şirkəti də öz müştərilərinə mümkün olan tam dəstəyi göstərib. Bu məqsədlə şirkət həm KASKO, həm də tibbi sığorta məhsulları ilə bağlı müştərilərinə əlavə imtiyazlar təqdim etməkdədir.

Belə ki, karantin vəziyyətində ehtiyac olan tibbi dəstəyin təmin edilməsi üçün şirkət “Könüllü Tibbi Sığorta” proqramı təklif etdiyi bütün korporativ müştərilərinə tam təmənnasız “Telesəhiyyə xidməti” təklif edib. Bu xidmət vasitəsilə “PAŞA Sığorta”dan könüllü tibbi sığortası olan hər kəs 31 May tarixinə qədər saat 08:00-dan 22:00-dək (bazar günləri istisna olmaqla) və bayram günləri saat 10:00-dan 16:00-dək (+994 12) 404 98 50 telefon nömrəsi ilə əlaqə saxlayıb, sağlamlıqları ilə əlaqədar yaranan müxtəlif sorğularla bağlı peşəkar ailə həkimi və həkim-pediatr məsləhətindən yararlana biləcəklər.

Bununla bərabər, karantin müddətində insanlarda stress və psixoloji gərginliyin artmasını nəzərə alan “PAŞA Sığorta” şirkəti könüllü tibbi sığortası olan hər bir müştərisinə tam təmənnasız “Psixoloq Konsultasiyası” xidmətini təklif edib. Bu xidmət vasitəsilə sığortası olan hər bir şəxs həftə içi beş gün saat 12:00-dan 16:00-dək (+99412) 404 98 58 telefon nömrəsi ilə əlaqə saxlayaraq, tam anonim şəkildə psixoloji dəstək alma fürsətinə sahib olub.

Onu da qeyd edək ki, bu xidmətlər “PAŞA Sığorta”nın tərəfdaşı olan “Sphera health care AZ” şirkəti tərəfindən təmin edilib.

“PAŞA Sığorta”nın könüllü tibbi sığorta üzrə müştəriləri “Dokta Aptek”dən sifariş məbləğinə minimum limit tətbiq olunmadan dərman və ya tibbi ləvazimat sifariş verərək ödənişsiz çatdırılma xidmətindən yararlana bilirlər. Digər sığorta növünün (icbari və könüllü avtomobil/əmlak və ya digər) sahibi olan hər bir müştəri isə “Dokta Aptek”dən 10 AZN məbləğindən artıq dərman və ya tibbi ləvazimat aldığı təqdirdə sifarişlərin Bakı şəhərinin daxilində istənilən ünvana çatdırılması tam ödənişsizdir.

Bütün bunlardan əlavə, hazırda “PAŞA Sığorta” şirkəti könüllü avtomobil sığortası (KASKO) üzrə kampaniya keçirir. Kampaniyanın şərtlərinə əsasən, 31 may tarixinədək “PAŞA Sığorta”dan KASKO könüllü avtomobil sığortası əldə edəcək fərdi müştərilər sadəcə 10 aylıq dövr üçün sığorta haqqı ödəməklə avtomobil üçün bir illik təminat əldə edə biləcəklər. Belə ki, 12 ay üçün hesablanan sığorta haqqının iki aya düşən hissəsi şirkət tərəfindən qarşılanacaq ki, bununla da müştərilər iki aylıq KASKO təminatından hədiyyə olaraq faydalanacaqlar. Kampaniya çərçivəsində müştərilərə sığorta haqqını xüsusi güzəştli qrafiklə hissəli formada ödəmək imkanı da təqdim olunur.

Qeyd edilən bu dövr ərzində şirkət pandemiyaya yoluxmuş insanların sağlamlığını geri qaytarmaq üçün qəhrəmancasına mübarizə aparan tibb işçilərimizə təşəkkür etməyi də unutmayıb. Bu məqsədlə, “PAŞA Sığorta” şirkəti tibb işçiləri üçün KASKO sığortasına 50% endirim elan etməkdədir. Kampaniyadan yararlanmaq istəyən səhiyyə əməkdaşları müraciət zamanı peşələrini təsdiq edən hər hansı sənəd təqdim etməklə endirimdən faydalana biləcəklər.

Həmçinin, “PAŞA Sığorta” şirkəti korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, qlobal təhlükə ilə mübarizəyə dəstək məqsədi ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait 100 000 AZN məbləğində vəsait köçürüb.

Şirkət karantin dövründə korporativ müştərilərini də diqqətsiz qoymayıb. “PAŞA Sığorta” şirkəti ilə korporativ istiqamətdə əməkdaşlıq edən bütün şirkətlərin işçilərinin vaxtlarının səmərəli və faydalı keçirilməsi məqsədi ilə vebinarlar təşkil olunub. Vebinarın məruzəçiləri “Microsoft Azərbaycan”ın baş direktoru Qaçay Mirzəyev “Karantində təhlükəsiz şəkildə evdən səmərəli işləmək” mövzusunda, məşhur tarixçi Fuad Axundov isə “Bakı mədəniyyəti və yaradıcılığının 100 illik inkişafı” mövzusunda maraqlı vebinarlarla çıxış ediblər.

Sığorta hadisələrinin tənzimlənməsi prosesinə gəldikdə isə müştərilərin təhlükəsizliyinin təmin olunması və proseslərin tezləşdirilməsi məqsədi ilə şirkətdaxili qərara əsasən, zərərlilik dərəcəsi təxmini 500 AZN-ə qədər olan sığorta hadisələrinə qəza komissarlanın çıxılmaması qərara alınıb.

Karantin dövründə mövcud olan sistemlər və prosedurlar müştərilərə ofis hüdudlarından kənarda belə yüksək, keyfiyyətli və çevik xidmət göstərməyə imkan yaradıb. Müştəri müraciətləri və istəkləri *7000 Sığorta Məsləhətləri Xətti, rəsmi veb saytda mövcud olan onlayn çat və “chatBOT”, sosial mediada rəsmi səhifələr vasitələri ilə qəbul olunurdu. Həmçinin, əgər müştəri müraciətini canlı videozəng vasitəsi ilə ünvanlanmaq istəyirdisə, bunun üçün “WhatsApp” tətbiqindən istifadə etmək mümkündür və bu məqsədlə ayrıca olaraq +994512258978 nömrəsi ayrılıb.

Həmçinin, şirkətin rəsmi sosial media səhifələrində karantin dövründə hər gün maarifləndirici və izləyicilərin zamanlarının daha faydalı keçirilməsi məqsədi ilə paylaşımlar edilir, hədiyyəli müsabiqələr keçirilirdi.

Şirkətdən verilən məlumata görə, “PAŞA Sığorta” şirkətinin müştərilərini yeni məhsullar, kampaniyalar gözləyir, şirkət karantin dövründə müştərilərinə tam dəstək olmaq üçün yeni imtiyazlar təqdim etməyə davam edəcək.

Hazırda qeyri-həyat sığorta bazarının lideri olan “PAŞA Sığorta” şirkəti 2006-cı ildən etibarən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 minə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Baxış Sayı 24

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

create gmail account gmail sign in gmail sign up