Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

70 mindən çox aztəminatlı ailə ünvanlı sosial yardım alır

5-10-2019, 15:40
Ana Səhifə » İqtisadiyyat » 70 mindən çox aztəminatlı ailə ünvanlı sosial yardım alır
70 mindən çox aztəminatlı ailə ünvanlı sosial yardım alır Ria24.az 2006-cı ilin 1 yanvarından etibarən aztəminatlı ailələrə, yəni orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyinatına başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”a verilən məlumata görə, hazırda 70 mindən çox aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı ilə əhatə olunub.

Həmin ailə üzvlərinin sayı 300 min nəfərə çatır. Bir ailəyə orta aylıq məbləğ 240 manata yaxındır. Müqayisə üçün deyək ki, bir ailəyə orta aylıq məbləğ 2018-ci ildə 174,6 manat olub. Əlavə olaraq bildirək ki, bu yardımı alan ailələrdə olan 1 yaşa qədər uşağa görə isə əlavə 55 manat aylıq müavinət verilir.

Qeyd edək ki, ÜDSY üçün müraciət elektron formada aparılır. Vətəndaşlar təmsil etdikləri ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün internet əlaqəsi olan istənilən yerdən müraciət etmək imkanına malikdirlər. Vətəndaşların e-sistemə daxil etdikləri məlumatların təhlili, qərar qəbul edilməsi prosesi sistem tərəfindən avtomatik olaraq yerinə yetirilir. Bu məhz sosial yardım sistemində şəffaflığın, ünvanlılığın və operativliyin təmin olunmasının göstəricisidir.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up