Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

“SOCAR” “Xaliq Faiqoğlu” şirkəti üçün yanacaqdoldurma məntəqəsi tikəcək

28-11-2019, 17:00
Ana Səhifə » İqtisadiyyat » “SOCAR” “Xaliq Faiqoğlu” şirkəti üçün yanacaqdoldurma məntəqəsi tikəcək
“SOCAR” “Xaliq Faiqoğlu” şirkəti üçün yanacaqdoldurma məntəqəsi tikəcək Ria24.az “Xaliq Faiqoğlu” şirkəti ilə “SOCAR PETROLEUM” QSC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.



Bu barədə şirkətin sosial şəbəkədəki rəsmi səhfəsində məlumat verilib.



Qeyd olunur ki, bu müqavilə çərçivəsində Xaliq Faiqoğlu şirkətinin istismarında olan avtbusların keyfiyyətli dizel yanacağı və gələcək perspektivdə sıxılmış təbii qazla (CNG) təmin edilməsi üçün müasir standartlara cavab verən yeni yanacaqdoldurma məntəqəsinin (YDM) tikintisnə dair razılıq əldə olunub.


25 noyabr tarixində Xaliq Faiqoğlu şirkətinin baş ofisində keçirilən imzalanma mərasimində “SOCAR PETROLEUM” QSC ilə əməkdaşlığı yüksək qiymətləndirən şirkətin baş direktoru Faiq Seyidov son 3 il ərzində şirkət tərəfindən Bakı şəhərinə ekoloji təmiz nəqliyyat vasitələrinin gətirildiyini vurğulayaraq, avtobus parkının mütəmadi yeniləndiyini və 2022-ci ilədək sıxılmış təbii qazla (CNG) çalışan 120 ədəd müasir avtobusların alınması məqsədilə xarici maliyyə qurumları ilə danışıqlar aparıldığını bildirmişdir.




Məlumat üçün bildirək ki, Xaliq Faiqoğlu şirkətinin istismarında olan avtonəqliyyat vasitələri Avro 5 və 6 standartlarına cavab verir, eləcə də 18 saylı marşrut xəttində sıxılmış 1 ədəd nəqliyyat vasitəsi test rejimində fəaliyyət göstərir.


Qeyd edək ki, şirkətin Təmir Mərkəzində qurulması nəzərdə tutulan YDM-i qısa müddətdə istifadəyə veriləcəkdir.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up