Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

İrandan "Sədərək"ə mal gətirilməsi dayandırıldı

24-02-2020, 17:00
Ana Səhifə » İqtisadiyyat » İrandan "Sədərək"ə mal gətirilməsi dayandırıldı
İrandan
İrandan "Sədərək"ə mal gətirilməsi dayandırıldı


İran İslam Respublikasından Azərbaycanda fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzinə satış üçün malların gətirilməsi dayandırılıb.



Bunu Trend-ə açıqlamasında mərkəzin mətbuat xidmətini rəhbəri Mikayıl Qədimov deyib.



Onun sözlərinə görə, İrandan "Sədərək" Ticarət Mərkəzinə əsasən xalça və digər toxuculuq məhsulları gətirilir:



"Həmin mallar isə artıq gətirilmir. Həm indiki vaxtda bazarda İran malları işləmir. Xalça biznesi ilə məşğul olan şəxslərin əvvəlki aylardan gətirdiyi mallar hələ satılmayıb. Ona görə də İrandan "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb. Bazara əsasən Türkiyə və Çindən mallar gətirilirdi ki, koronavirusla bağlı Çindən də malların gətirilməsi dayandırılıb. İndi bazara ancaq Türkiyədən mallar gətirilir".

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up