Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Müşərrəf Akay Gəncədə konsert verəcək

29-11-2018, 15:20
Ana Səhifə » Mədəniyyət » Müşərrəf Akay Gəncədə konsert verəcək
Müşərrəf Akay Gəncədə konsert verəcək Ria24.az “Çox həyəcanlıyam. Uzun illər sonra yenidən Gəncədə olmanın həyəcanını yaşayıram”

Noyabrın 30-da Gəncə Dövlət Filarmoniyasında ədəbi-bədii musiqili gecə keçiriləcək.

Tədbir Azad Azərbaycan Teleradio Şirkəti və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşır. Konsert proqramı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilir.

Tədbrin ideya müəllifi və təşkilatçılarından biri də tanınmış telejurnalist, professor Etibar Babayevdir: “Müşerref Akay uzun illərdir azərbaycanlı sənətçilərin iştirak edəcəyi proqram hazırlamaq arzusunda idi. Nəhayət, TRT Müzik kanalında azərbaycanlı müğənnilərin qonaq olduğu “Əziz dostlar” proqramını gerçəkləşdirə bildik. Azərbaycanın bir çox tanınmış müğənniləri həmin proqramda qonaq oldu. Verilişin davamı olaraq ATV telekanalında “Bir səfərin təəssüratı” adlı proqram ərsəyə gətirdik. Gəncədə keçiriləcək konsertdə əsasən həmin verilişlərdə iştirak edən sənətçilər çıxış edəcək”.

Konsertdə Türk sənət musiqisinin tanınmış siması Müşerref Akay fəxri qonaqdır. Bu barədə o, təəssüratlarını bölüşüb: “Çox həyəcanlıyam. Uzun illər sonra yenidən Gəncədə olmanın həyəcanını yaşayıram”.

Musiqili gecədə Müşerref Akayla səhnəni xalq artist Nazpəri Dostəliyeva, Zakir Əliyev, Elnarə Xəlilova, Ehtiram Hüseynov, İlkin Əhmədov da bölüşəcək.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up