Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Azərbaycanda son 12 ildə 341 film çəkilib

29-11-2018, 17:40
Ana Səhifə » Mədəniyyət » Azərbaycanda son 12 ildə 341 film çəkilib
Azərbaycanda son 12 ildə 341 film çəkilib Ria24.az Mədəniyyət Nazirliyinin sifarişi ilə 2006-2018-ci illər ərzində dövlət studiyalarında və müstəqil prodüser mərkəzlərində çəkilmiş filmlər və onların beynəlxalq kino festivallarında iştirakı təhlil edilib.
Nazirlikdən bildirilib ki, qeyd olunan dövr ərzində kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 43 tammetrajlı bədii, 45 qısametrajlı bədii (bədii filmlərin 41 faizi müstəqil studiyalar tərəfindən çəkilib), 214 sənədli, 21 cizgi filmi və “Mozalan” kinojurnalının 18 buraxılışı olmaqla, ümumilikdə 341 adda film məhsulu istehsal edilib.

Bu dövr ərzində istehsal olunun ekran əsərlərindən 63 bədii, sənədli və cizgi filmi dünyanın 5 qitəsini əhatə edən 57 ölkədə keçirilmiş Kann, Venesiya, Berlin, Karlovı Varı, Tokio, Moskva və s. 224 film festivalının müsabiqə proqramına seçilərək, 346 dəfə həmin festivallarda iştirak edib və 8 “Qran-Pri”, 30 “Ən yaxşı bədii film”, 8 “Ən yaxşı sənədli film”, 9 “Ən yaxşı rejissor işi”, 15 “Ən yaxşı aktyor oyununa görə” olmaqla ümumilikdə 140 müxtəlif mükafat qazanıb.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up