Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Daha bir teatrda qalmaqal: “İşə içkili gəlib və…”

12-01-2019, 14:20
Ana Səhifə » Mədəniyyət » Daha bir teatrda qalmaqal: “İşə içkili gəlib və…”
Daha bir teatrda qalmaqal: “İşə içkili gəlib və…” Ria24.az "Vaqif İbrahimoğludan da əl çəkin!"

Rejissor Sahib Agazadənin işdən çıxarılması YUĞ-çular arasında qalmaqal yaradıb.

Sahib Ağazadənin işdən çıxarılması ilə bağlı mətbuatda səsləndirdiyi fikirlərə sabiq baş rejissor Gümrah Ömər münasibət bildirib:

“Əziz YUĞ-çular, işləmək lazımdır!.. Özü də çox işləmək!.. Başqa heç nə. Rəhbərliyin kollektivə diqqət və sayğısını isə mütləq qiymətləndirmək lazımdır. Vicdanlı, peşəkar direktor və baş rejissorumuz var. Onlarla əl-ələ verib çalışmaq lazımdır. YUĞ naminə, ustadımız naminə. Rəhbərliyin istəyi də sağlam mühit formalaşdırıb, səmərəli yaradıcı şərait yaratmaqdır. Kimin əlinə-qoluna vururlar axı? Nə qədər gec deyil, ucuz populizmdən qaçın. Vaqif İbrahimoğludan da əl çəkin! Özünüzün kim olduğunuzu və bacarığınızın nə olduğunu ortaya qoyun, vəssalam! Bacarıqlı və istedadlı adama isə həmişə və hər yerdə iş tapılar. Bunu öz təcrübəmdən deyə bilərəm. Bu hay-küy kimə lazımdır? Hay-küy zamanı çoxdan keçib. Yaradıcılığla məşğul olun, dostlar”.

Gümrah Ömərin bu fikirləri YUĞ-un sabiq aktyor və rejissoru Ər-Toğrul Kamalovu özündən çıxarıb. Aktyor baş rejissora keçmişinə baxmağı məsləhət görüb:

“Bəlkə bir keçmiş fəaliyyətinə baxasan? Mənə qarşı içkili vəziyyətdə işə gəlib təhqirlər elədin, dinmədim. Rəhbərliyə sığınırsan, əcəb eləyirsən... Amma bu qədər də özünü aşagılama. Hər halınla mən sənə dəstək olmuşam... Bir az ürəkli olmaq lazımdır”.

Qeyd edək ki, YUĞ Dövlət Teatrının rejissoru Mir Sahib Agazadə işdən çıxarılıb. Rejissor onun işdən çıxarıldığını YUĞ teatrına və Vaqif İbrahimoğlu məktəbinə hörmətsizlik kimi qiymətləndirib.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up