Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Tanınmış aparıcıya AzTV-də vəzifə verildi: Yeni verilişlər hazırlanır

9-07-2019, 18:00
Ana Səhifə » Mədəniyyət » Tanınmış aparıcıya AzTV-də vəzifə verildi: Yeni verilişlər hazırlanır
Tanınmış aparıcıya AzTV-də vəzifə verildi: Yeni verilişlər hazırlanır Ria24/az Tanınmış teleaparıcı Hüsniyyə Məhərrəmovaya AzTV telekanalında vəzifə verilib.

Telekanalda Beynəlxalq əlaqələr və protokol departamentinə rəhbər təyin olunan H.Məhərrəmova sevinc hisslərini Oxu.Az-la bölüşüb:

“Bir çox televiziyalarda aparıcı kimi fəaliyyət göstərmişəm. Bundan sonra isə öhdəmə daha məsuliyyətli bir vəzifə düşdü. Bilirsiniz ki, bir sıra beynəlxalq layihələrin icrasını həyata keçirmişəm. Bunu məhz AzTV rəhbərliyi nəzərə aldı və məni bu vəzifəyə layiq gördü. Çalışacağam ki, bu işimin də öhdəsindən layiqincə gəlim”.

O bildirib ki, AzTV durmadan yenilənir, inkişaf edir. Buraya gələn istedadlı və yaradıcı gənclər qısa zaman çərçivəsində böyük nailiyyətlərə imza atdılar:

“AzTV-nin efirində yer alan bir-birindən maraqlı, fərqli və əyləncəli verilişlər tamaşaçıların zövqünü oxşayır. Bundan sonra AzTV dünya şöhrətli layihələrin lisenziyasını alaraq, həmin verilişləri yüksək keyfiyyətdə hazırlayıb Azərbaycan tamaşaçısına təqdim edəcək. Hazırda bütün komanda ilə bərabər, yeni mövsüm üçün yeni layihələr üzərində hazırlıqlara start vermişik”.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up