Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Sami Yusufdan Nəsiminin “Sığmazam” qəzəli - VİDEO

10-09-2019, 18:00
Ana Səhifə » Mədəniyyət » Sami Yusufdan Nəsiminin “Sığmazam” qəzəli - VİDEO
Sami Yusufdan Nəsiminin “Sığmazam” qəzəli - VİDEO Ria24.az Dünya şöhrətli azərbaycanlı ifaçı Sami Yusuf böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini özünəməxsus şəkildə ifa edib.

Qəzələ musiqi yazan müğənni onu xoru və orkestri ilə birgə oxuyub.

Mahnıda sənətçiyə Əməkdar artist Təyyar Bayramov və Aşıq Samirə də yoldaşlıq edib. Onlar mahnının muğam hissəsini səsləndiriblər.

“Sonuncu mahnım “Nəsimi”ni təqdim etdiyimə görə çox xoşbəxtəm. Bu musiqi qəlbimə yaxındır və indiyədək olan ən yaxşı işlərimdən biridir. Burada yüksək enerjili səslər, çox istedadlı 57 nəfərlik orkestr və ovsunlayıcı vokallar çalışıb. Şeir sevgi və tolerantlığı əks etdirən 14-cü əsrdə Azərbaycanın əfsanəvi şairi olmuş Nəsiminindir” deyə, layihə barədə S.Yusuf yazıb.

Qeyd edək ki, layihə Bakıda İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində həyata keçirilib.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up