Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

“Ölüb gedəcəm, heç kim inanmayacaq, bir də baxacaqlar ki, artıq iy verirəm...”

11-09-2019, 18:00
Ana Səhifə » Mədəniyyət » “Ölüb gedəcəm, heç kim inanmayacaq, bir də baxacaqlar ki, artıq iy verirəm...”
“Ölüb gedəcəm, heç kim inanmayacaq, bir də baxacaqlar ki, artıq iy verirəm...” Ria24.az Son zamanlar müğənnilərin bilərəkdən və ya bilməyərəkdən ölüm xəbərlərini yayırlar. Məsələn, elə bir neçə gün öncə Xalq artisti Cavan Zeynallının ölüm xəbərinin yayılması həm özünün, həm də yaxınlarının narahatlığına səbəb oldu.

Bəs görəsən həmişə qalmaqallı fikirləri ilə gündəmə gələn müğənni Əli Mirəliyevin ölüm xəbəri haçansa yayılıbmı?

Moderator.az-ın sualını cavablandıran Ə.Mirəliyev gülərək bildirdi ki, onu elə hər ay öldürürlər:

“Məni onsuz da elə hər ay öldürürlər. Zəng vurub deyiblər ki, Əli müəllim, sağsan? Demişəm ki, bəli. Bunu saymamışam, amma məni tez-tez öldürürlər. Cavan Zeynallının iki dəfə ölüm xəbəri yayılıb, yazıq üçüncü dəfə həqiqətən öləcək, onda da heç kim inanmayacaq. Mənim təxminən on dəfə ölüm xəbərimi yayıblar. Mən də öləcəm, heç kim inanmayacaq və bir də baxacaqlar ki, artıq iy verirəm”.

Ə.Mirəliyev şou - biznesdə maraqlı adamların ölüm xəbərlərinin kimlərsə tərəfindən reytinq üçün yayıldığını bildirib:

“Bizə düşmən lazım deyil, biz elə özümüz özümüzün düşməniyik. Heç kim bir-biriylə yola getmir. Şou biznesdə belə şeylər olur və görürlər ki, maraqlı insandı, bu cür xəbərlərini yayırlar. Olub ki, xəstəxanaya gedib ayağımı müayinə etdirmişəm, amma yazıblar ki, Əli Mirəliyevin ayağını kəsiblər”.

Ə.Mirəliyev kişi müğənnilərin plastik əməliyyat etdirməsini də sərt qınayıb:

“Bunu bir neçə dəfə efirdə də demişəm. Kişi müğənnilərin plastik əməliyyat etdirməsinə pis baxıram. Plastik əməliyyatı qadın etdirər, kişi yox”.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up