Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

“Səhhətimlə bağlı həmin tədbirdə iştirak edə bilmədim...”

20-01-2020, 15:30
Ana Səhifə » Mədəniyyət » “Səhhətimlə bağlı həmin tədbirdə iştirak edə bilmədim...”
“Səhhətimlə bağlı həmin tədbirdə iştirak edə bilmədim...” Ria24.az Xəbər verdiyimiz kimi Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif edilib.

Ankarada Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli şəkildə tədbir keçirilsə də, R.Balayev səhhətiylə bağlı tədbirə qatıla bilməyib.

Moderator.az-a açıqlamasında Xalq artisti ona göstərilən diqqətə görə bir daha təşəkkürünü bildirib:

“Doğrusu, həmin tədbirə məni də dəvət etmişdilər, amma səhhətimdə problemlər olduğu üçün iştirak edə bilmədim. Məni “Nəsimi” medalı ilə təltif etdikləri üçün minnətdarlığımı bildirirəm. Hələ ki, medalı mənə təqdim etməyiblər və məndə olan məlumata görə medalı Azərbaycan Dövlət Film Fondunun sədri Rasim Salmanova təqdim ediblər və o da mənə verəcək”.

Qeyd edək ki, Xalq artisti Rasim Balayev 1973-cü ildə Həsən Seyidbəylinin lentə aldığı “Nəsimi” filmində baş rolu ifa edib. Aktyor 1998-ci ildə “Şöhrət” 2018-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilib.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up