Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

“Nadiri də, Manafı da məhkəməyə verib cəzalandırmaq lazımdır...”- Ekspert...

22-02-2020, 17:40
Ana Səhifə » Mədəniyyət » “Nadiri də, Manafı da məhkəməyə verib cəzalandırmaq lazımdır...”- Ekspert...
“Nadiri də, Manafı da məhkəməyə verib cəzalandırmaq lazımdır...”- Ekspert...
“Nadiri də, Manafı da məhkəməyə verib cəzalandırmaq lazımdır...”- Ekspert...


Ria24.az Mehriban Zeynalova: “Əgər sabah kimsə gedib hansısa qadının başını kəsərsə, deyəcək ki, Manaf da kəsir, mən də kəsirəm, yəni Manaf dedi ki, baş kəsmək olar”

“Özünə hörmət edən insan belə çıxışlar etməz. Çünki televiziyadan güclü təbliğat vastəsi yoxdur. Efirdə qadınlarla bağlı belə fikirlərin səsləndirilməsi birbaşa cinayətə çağırışdır”

Bunu açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Qurum sədri müğənnilərin qadınlarla bağlı səsləndirdiyi mənfi fikirlərin yolverilməz olduğunu bildirib:

“Müğənnilərin qadınlarla bağlı efirlərdə səsləndirdiyi fikirlər yolverilməzdir. Özünə hörmət edən insan belə çıxışlar etməz, çünki televiziyadan güclü təbliğat vastəsi yoxdur. Efirdə qadınlarla bağlı belə fikirlərin səsləndirilməsi birbaşa cinayətə çağırışdır. Əslində mahiyyət ondan ibarətdir ki, mən baş kəsirəmsə, sən də baş kəsə bilərsən. Belə çıxır ki, qadının heç bir hüququ yoxdur və o, nə desə başını kəsə bilərəm. Qadın təşkilatlarının güclü olduğu ölkələrdə bu cür fikirlər səsləndirən müğənnini məhkəməyə verib cəzalandırmaq olar. Yaxud o, şəxs televiziyaya çıxıb səsləndirdiyi fikirlərə görə televiziyaya çıxıb üzr istəməlidir. Əslində Bakı şəhər Baş Polis İdarəsi müğənni Manaf Ağayevi idarəyə dəvət etməklə qadın təşkilatlarının işini yerinə yetirdi. Təəssüf ki, belə fikirlər çox səsləndirildiyi üçün o qədər də əhəmiyyət verən olmur.

Bu gün müğənni Nadir Qafarzadə də instaqrama girən qadınların yetmiş faizinin fahişə olduğunu dedi. Ondan soruşmaq lazımdır ki, sən ölkə qadınları haqda niyə belə bir fikir formalaşdırmaq istəyirsən? Əslində bu müğənnilər ictimai fiqur olacaq qədər savadlı deyillər, amma bu adamların televiziyaya çıxışına qadağa qoyulmalıdır. Onlar qadınlar haqqında müsbət çağırışlar etmirlər. Başqa vaxt qadın müğənnilərin geyimlərini müzakirə edib, əxlaqsızlıq olduğunu iddia edirlər. Bu isə geyimdən o tərəfə çağırışlardır. Əgər sabah kimsə gedib hansısa qadının başını kəsərsə, deyəcək ki, Manaf da kəsir, mən də kəsirəm, yəni Manaf dedi ki, baş kəsmək olar. Hesab edirəm ki, cəmiyyətdə bu cür məsələlərə qarşı ictimai qınaq olmalıdır. Bununla yanaşı, aparıcılar da təhrikedici suallar verib və özləri də dəstək olurlar. Aparıcı həm təhrik edir, həm də dəstək verir və sanki bundan zövq alır. Hansı ki, aparıcı özü də qadındır”.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up