Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Ermənilər Qazaxda ekskavatora atəş açıb - FOTO

12-01-2019, 16:40
Ana Səhifə » Region, Hadisə » Ermənilər Qazaxda ekskavatora atəş açıb - FOTO
Ermənilər Qazaxda ekskavatora atəş açıb - FOTO Ria24.az Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqa­mətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs re­ji­minin pozulması halları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, bu gün saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonu­nun Kəmərli kəndi yaxınlı­ğındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən ida­rə olunan eksko­va­­tora doğru 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pu­lem­yo­tun­dan atəş açılıb, nəticədə, altı güllə ekska­va­torun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up