Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Yardımlının icra başçısı idarə rəhbərlərinə “tütün planı qoyub“ - Şikayət

12-03-2019, 11:00
Ana Səhifə » Region, Aktual » Yardımlının icra başçısı idarə rəhbərlərinə “tütün planı qoyub“ - Şikayət
Yardımlının icra başçısı idarə rəhbərlərinə “tütün planı qoyub“ - Şikayət Ria24.az Yardımlı rayon sakini olan Elçin Ağayev İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və onun müavini Mahir Mirzəyevin fəaliyyətindən narazılıq edir.

Qlobal.Az xəbər verir ki, bu barədə demokrat.az-a şikayət məktubu ilə müraciət edən Elçin Ağayev bildirir ki, icra başçısı Ayaz Əsgərov və onun müavini Mahir Mirzəyev Yardımlı rayon İcra Hakimiyyətinə tabe olan 30 ərazi nümayəndəliyinin və 30 bələdiyyənin işçilərinə məcburi şəkildə tütün əkməyi tapşırıq verib.

"Rayon rəhbərliyinin tapşırığına görə, icra nümayəndəliklərinin hər biri 3 hektar, bələdiyyələrin isə hər biri 1 hektar olmaqla tütün əkib-becərməlidir. İcra başçısı Ayaz Əsgərov və onun müavini Mahir Mirzəyev əks halda həmin icra nümayəndələrini və bələdiyyə sədrlərini vəzifələrindən kənarlaşdırılacağı ilə hədələyirlər. İcra başçısı Ayaz Əsgərov və onun müavini Mahir Mirzəyev açıq şəkildə bildirirlər ki, onlara Prezident Administrasiyasından bununla bağlı tapşırıq verilib.

Digər tərəfdən isə icra başçısının müavini Mahir Mirzəyev Dövlət Məşğulluq Xidmətinin Yardımlı rayon şöbəsinin rəhbərinə və Yardımlı Məşğulluq Mərkəzinin direktoru Fikrət Qəhrəmanova tapşırıqlar verir. Mahir Mirzəyevin icazəsi olmadan kimsəni rayonda işsiz kimi qeydiyyata almaq mümkün deyil. Mən buradan Azərbaycanın müvafiq qurumlarının rəhbərlərinə, o cümlədən əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayevə müraciət edirəm. Xahiş edirəm ki, Yardımlıda baş verən bu cür halları araşdırıb tədbir görəsiniz".

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up