Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Şagirdlərin əxlaqsız görüntüsü yayılan məktəbin direktorundan müəlliməTƏZYİQ - VİDEO

27-04-2019, 13:20
Ana Səhifə » Region, Hadisə » Şagirdlərin əxlaqsız görüntüsü yayılan məktəbin direktorundan müəlliməTƏZYİQ - VİDEO
Şagirdlərin əxlaqsız görüntüsü yayılan məktəbin direktorundan müəlliməTƏZYİQ - VİDEO Ria24.az Samux rayon İnstitut qəsəbə tam orta məktəbində çəkilən qızla oğlanın xoşagəlməz videosuna görə kimya müəlliminin işdən çıxarılması üçün təqdimat yazılıb.

Samux rayon İnstitut qəsəbə tam orta məktəbin kimya müəllimi İradə Həsənova bildirib ki, həmin videonun yayılmasında onu günahlandırırlar. Buna görə də məktəbin direktoru Gülsabah Abbasova pedoqoji şuranın adından Təhsil Nazirliyinə onun işdən xaric olunması üçün müraciət edib:

"Həmin oğlan nadinc şagird olduğu üçün 9-cu sinifdən məktəbdən çxarılıb. Həmin oğlan sonra gəlib məktəbin şüşəsini sındırdı. Daha sonra isə oğlanın əmisi gəlib, şüşəni düzəltdirdi.Sonra bu oğlanın qızla xoşagəlməz videosu yayıldı. Deyirlər ki, video Yeni il şənliyində çəkilib. Əslində isə yalandır. Oğlan telefonu başqa tanışına verib ki, qızla o cür görüntülərini çəksin. Direktor videonun çəkilmə tarixi ilə bağlı da nazirliyi aldadır. Bundan başqa məktəbimizin direktoru özünün işə təyin olunmağı münasibəti ilə təntənəli yığıncaq keçirib, hər müəllimdən 25 manat pul yığdı. Gülsabah Abbasovanın həyat yoldaşı yığıncağa böyük gül puketi gətizdirib, özü də orada iştirak edib. Həmin yığıncağın da fotoları var. Direktor bu görüntülərin yayılmasında məndən şübhələnir. Direktor tapşırıb görüntülər silinsin. Oğlanın anası deyir ki, məni tanımır, görüntüləri başqa müəllimə göndərib. Amma buna baxmayaraq direktor məndən əl çəkmir. Məni işdən çıxarmaq üçün Təhsil Nazirliyinə müraciət edib. Hələ bu azmış kimi direktorun həyat yoldaşı oğlumun qarşısını kəsib, "görərsiz ananın başına nə oyun açacağıq" deyib. Vallah mənim bu videoların yayılmasından xəbərim yoxdur. Xahiş edirəm Təhsil Nazirliyi bu məsələni doğru araşdırsın."

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up