Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

2 yaşlı uşaq xlor, 16 yaşlı qız kamfora yağı içdi

13-05-2019, 10:40
Ana Səhifə » Region, Hadisə » 2 yaşlı uşaq xlor, 16 yaşlı qız kamfora yağı içdi
2 yaşlı uşaq xlor, 16 yaşlı qız kamfora yağı içdi Ria24.az Yevlaxda 2 yaşlı uşaq xlor içərək zəhərlənib.

Hadisə Yuxarı Qarxun kəndində baş verib.

2017-ci il təvəllüdlü kənd sakini Məmmədova Əfruz Kamil qızı ehtiyatsızlıq nəticəsində xlor içib. Ağır vəziyyətdə olan körpə xəstəxanaya çatdırılıb.

Həkimlərin vaxtında müdaxiləsi nəticəsində Ə.Məmmədovanın vəziyyəti stabilləşib və o, təhlükəni geridə qoyub.

Şəkidə 16 yaşlı qız dərmandan zəhərlənib.

ONA-nın məlumatına görə, mayın 12-də axşam saat 10 radələrində rayonun Aydınbulaq kənd sakini, 2003-cü il təvəllüdlü Aytən Əfqan qızı Əliyeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı A.Əliyevanın kamfora yağı içərək zəhərləndiyi məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən A.Əliyevanın vəziyyəti lazımi tibbi yardım göstərildikdən sonra stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up