Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Lerikdə itkin düşən şəxsin çürümüş meyiti tapıldı

21-05-2019, 14:20
Ana Səhifə » Region, Hadisə » Lerikdə itkin düşən şəxsin çürümüş meyiti tapıldı
Lerikdə itkin düşən şəxsin çürümüş meyiti tapıldı Ria24/az Cari il fevralın 2-də Bakı şəhər sakini Abil İsmayılovun Lerik rayonunun Tatonu kəndində qohumlarının evindən çıxaraq itkin düşməsi barədə Lerik Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb və mayın 19-da A.İsmayılovun çürüməyə məruz qalmış meyiti Mistan kəndi ərazisində tapılıb.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən meyitin yaxınlığında torbanın içərisində çəkisi 4 kiloqrama yaxın tiryək, 5,2 kiloqramdan artıq heroin və 1000 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up