Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Narkotizmlə Mübarizə İctimai Birliyi Xaçmazda tədbir keçirdi (FOTOLAR)

2-08-2019, 16:00
Ana Səhifə » Region, Tədbirlər » Narkotizmlə Mübarizə İctimai Birliyi Xaçmazda tədbir keçirdi (FOTOLAR)
Narkotizmlə Mübarizə İctimai Birliyi Xaçmazda tədbir keçirdi (FOTOLAR) Ria24.az Narkotizmlə Mübarizə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 1 avqust 2019-cu ildə Xaçmzada "Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir həyata keçirib.

Tədbirin əsas məqsədi gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almağa çalışmaq, tanınmış şəxslərin o cümlədən mədəniyyət xadimlərinin narkomaniyaya qarşı mübarizə tədbirlərinə cəlb etməklə effektiv mübarizə metodu yaratmaq, narkomaniyaya qarşı mübarizədə daha geniş sosial qrupları əhatə etməsinə nail olmaqdır.

Tədbirdə bu sahə ilə bağlı mövcud qanunvericiliyin təbliği, Narkomaniyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətləri aparılıb. Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihənin qayəsini təşkil edir.

Layihənin davamlılığı və iştirakçıların əlaqələndirilməsi üçün layihənin elektron (virtual) səhifəsinin yaradilması qərara alınıb. Tədbir iştirakçıları həmçinin Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşüb, narkomaniya və digər pis vərdişlərə qarşı mübarizənin davamlılığını müzakirə ediblər.
Narkotizmlə Mübarizə İctimai Birliyi Xaçmazda tədbir keçirdi (FOTOLAR)
Narkotizmlə Mübarizə İctimai Birliyi Xaçmazda tədbir keçirdi (FOTOLAR)
Narkotizmlə Mübarizə İctimai Birliyi Xaçmazda tədbir keçirdi (FOTOLAR)
Narkotizmlə Mübarizə İctimai Birliyi Xaçmazda tədbir keçirdi (FOTOLAR)

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up