Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Dörd rayonda 760 fərdi evə qaz verildi

14-12-2019, 16:30
Ana Səhifə » Region » Dörd rayonda 760 fərdi evə qaz verildi
Dörd rayonda 760 fərdi evə qaz verildi Ria24.az Dekabr ayının 13-də Quba rayonunun Küpçalqışlaq qəsəbəsində 113 fərdi yaşayış evinə təbii qaz verilib. Ümumilikdə, Küpçalqışlaq kəndində 7497 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 113 evə fərdi qaz tənzimləyicisi və məişət tipli qaz sayğacları quraşdırılıb.

Kürdəmir rayonu Qarabucaq kəndində də 280 fərdi yaşayış evi bu gündən etibarən mavi yanacaqla təmin olunub. Rayon üzrə hal-hazırda qaz alan abonentlərin sayı 20 855-ə çatmaqla, qazlaşma faizi 99,4 % təşkil edir. Qarabucaq qəsəbəsinin qazlaşdırılması üçün 10 172 metr daşıyıcı orta təzyiqli polietilen, 16 792 metr müxtəlif diametrli polad borularla yerüstü məhəllədaxili qaz xəttləri çəkilib. 280 fərdi evin hər birinə qaz sayğacları və fərdi tənzimləyicilər quraşdırılıb.

Mingəçevir şəhərində “Vaqonlar” adlanan yaşayış massivində isə 260 fərdi yaşayış evinə qaz verilib. Yaşayış massivində 9100 metr uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilib. Qeyd edək ki, Mingəçevir şəhərinin “Vaqonlar evi” adlanan ərazisində qazlaşdırma işlərinə bu ilin avqust ayının ortalarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyyəsi, eləcə də yerli icra hakimiyyəti orqanının, sakinlərin müraciətləri nəzərə alınaraq başlanılıb.

Masallı rayonunun Ərkivan qəsəbəsindəki 107 fərdi yaşayış evi də dekabrın 13-dən etibarən mavi yanacaq almağa başlayıb. Burada çəkilən yeni qaz xətlərinin uzunluğu isə ümumilikdə 11 006 metr təşkil edir.

Qeyd edək ki, bütün yaşayış məntəqələrində qaz xətləri əvvəlcədən kipliyə və möhkəmliyə yoxlanılıb. Təbii qazın verilməsi “Qaz Təsərrüfatında Texniki Təhlükəsizlik Qaydaları”na riayət edilməklə icra olunub.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up