Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Azərbaycanda mikroavtobus qəzaya düşdü: Ölən və yaralılar var

20-01-2020, 13:00
Ana Səhifə » Region, Hadisə » Azərbaycanda mikroavtobus qəzaya düşdü: Ölən və yaralılar var
Azərbaycanda mikroavtobus qəzaya düşdü: Ölən və yaralılar var Ria24.az Göyçay-İsmayıllı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 10:00 radələrində Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb.

Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən “Ford Tranzit” markalı sərnişin mikroavtobusu qarşıdan gələn “VAZ 21099” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 21099”un sürücüsü, 1979-cu il təvəllüdlü Kərimov Malik Neyman oğlu hadisə yerində ölüb, yeddi nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up