Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

İdman həm sağlamlıq, həm də inkişaf vasitəsidir - foto

10-02-2020, 14:15
Ana Səhifə » Region, İdman » İdman həm sağlamlıq, həm də inkişaf vasitəsidir - foto
İdman həm sağlamlıq, həm də inkişaf vasitəsidir - foto
İdman həm sağlamlıq, həm də inkişaf vasitəsidir - foto


Ria24.az Bu günlərdə əməkdaşımız Saatlı Olimpiya İdman Kompleksinin fəaliyyəti ilə maraqlanıb. Kompleksin sədri Heydərov Aqil Oruc oğlu ilə tanışlıq zamanı öyrəndik ki, Saatlı Saatlı Olimpiya İdman Kompleksinin inşasına 2011-ci ilin dekabrında başlanılıb. Kompleksin tikintisi məqsədi ilə “Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat, 2012-ci ildə isə, işlərin davam etdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2 milyon, 2013-cü ildə isə investisiya proqramına uyğun olaraq daha 5 milyon manat ayrılıb. Burada bir çox yarışların, təlim-məşq toplanışlarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var.
Kompleksin üzgüçülük zalında Türkiyə istehsalı olan hovuz sistemi və “Gonka Klima” markalı xüsusi nəmalma qurğusu quraşdırılmışdır. İki yüz yerlik zalda iki soyunub-geyinmə, duş otaqları vardır. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilmişdir. Hər kottec dörd nömrədən ibarətdir.
Olimpiya İdman Kompleksinin ümumi zalının foyesində Heydər Əliyevin və Prezident İlham Əliyevin Saatlıya səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılıb.
Kompleksin tikintisi üçün 6 hektar torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri “Sosial İnkişaf Layihə” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən hazırlanmışdır. Layihəyə əsasən ümumi sahəsi 3340 kvadratmetr olan universal idman zalında 432 oturacaq vardır. Eyni zamanda, 400 tamaşaçı yarışları lojalardan izləyə biləcəkdir. Burada idmançılar üçün iki soyunub-geyinmə, məşqçi və digər yardımçı otaqlar vardır. İnzibati hissənin birinci mərtəbəsində geniş vestibül, informasiya mərkəzi, məlumat-qeydiyyat hissəsi, istirahət otağı yerləşir. İkinci mərtəbədə trenajor zalı, kafe, müdiriyyət və işçi otaqları, konfrans zalı və güləş zalı vardır. 2013-cü ilin sonunadək 900 yerlik açıq stadion, tennis kortu, basketbol meydançası tikintisi yekunlaşıb.
Ətraflı müsahibə üçün Saatlı Olimpiya İdman Kompleksinin sədri Heydərov Aqil Oruc oğluna dərin təşəkkürümüzü bildirir, ona uğurlar diləyirik!

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up