Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Cənab Prezident məmurlardan, deputatlardan nə tələb edir?

18-05-2020, 14:42
Ana Səhifə » Siyasət, Gündəm, Dünya, Aktual » Cənab Prezident məmurlardan, deputatlardan nə tələb edir?
Cənab Prezident məmurlardan, deputatlardan nə tələb edir? Cənab Prezident məmurlardan, deputatlardan nə tələb edir?

110-dan çox ölkə Avstraliyanın koronavirusun bütün dünyada yayılmasının səbəbləri və şərtləri ilə bağlı müstəqil araşdırma çağırışını dəstəkləyib.

Bu barədə “The Australian” ölkənin Xarici İşlər naziri Maris Peynə istinadən məlumat verib.

Nazir qeyd edib ki, dünya gələcəkdə oxşar fəlakətlərin qarşısını almaq üçün pandemiyanın yaratdığı böhranla bağlı suallara cavab istəyir:

“Biz (başlanğıc mərhələdə) baş verənləri müstəqil qiymətləndirməyə ehtiyac duyuruq. Bütün dünya qlobal səhiyyə sistemini qorumaq üçün lazım olan hər şeyi öyrənə və təmin edə bilər. Bu, ilk növbədə növbəti pandemiyanın qarşısını almaq və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün əməkdaşlıqdan asılıdır”.

Avstraliyanın Baş naziri Skot Morrison istintaqın heç bir ölkəni günahlandırmaq məqsədi güdmədiyini qeyd edib:

“Biz, sadəcə, bunun yenidən baş verməməsi üçün nələrin olduğunu bilmək istəyirik. Bu, kifayət qədər dürüst motivi və məqsədi olan sualdır”.

Əvvəlcə rəsmi Kanberranın təklifi dünyanın bir sıra ölkələri, o cümlədən, Rusiya, Böyük Britaniya, Hindistan, İndoneziya, Kanada, Yeni Zelandiya, Yaponiya və Aİ-yə üzv olan 27 ölkə tərəfindən dəstəklənib.

Daha sonra Afrika ölkələri çağırışa qoşulublar, hazırda istintaq ideyasını dəstəkləyən dövlətlərin ümumi sayı 116-ya çatıb. Ölkələrin müvafiq qərarının 73-cü Dünya Səhiyyə Assambleyasının qətnaməsində əks olunacağı gözlənilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas forumunda iştirak etmək üçün təşkilatın üzvü olan 194 ölkənin nazirləri və bir sıra beynəlxalq qurumların nümayəndələri dəvət olunub.
Baxış Sayı 56

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

create gmail account gmail sign in gmail sign up