Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Ərdoğanla Putinin Qarabağda gizli SAZİŞİ: İrəvan küncə sıxışdırılır

24-11-2018, 17:00
Ana Səhifə » Siyasət » Ərdoğanla Putinin Qarabağda gizli SAZİŞİ: İrəvan küncə sıxışdırılır
Ərdoğanla Putinin Qarabağda gizli SAZİŞİ: İrəvan küncə sıxışdırılır Ria24.az Rusiya və Türkiyə əraziləri qaytarmaq üçün Ermənistana təzyiq edir.

Bu barədə Ermənistanın “168 jam” qəzeti yazıb.

Qəzet qeyd edir ki, Ərdoğan və Putin arasında bağlanan sazişə görə Qarabağ münaqişəsi ərazilərin Azərbaycana qaytarılması çərçivəsində həll olunmalıdır.

“Bu haqda məlumatlar dolaşır. Ərdoğanın sözçüsü İbrahim Kalının “Ermənistan əraziləri qaytarmalıdır, münaqişənin həllində Rusiya da məsuliyyət daşıyır” sözləri xüsusilə diqqət çəkir. Bəzi politoloqlar isə düşünür ki, söhbət erməni-türk protokollarından gedir”, - deyə qəzet yazıb.

“Karnegi” fondunun analitiki Pol Stronski hesab edir ki, Qarabağ münaqişəsi zonasında Rusiya-Türkiyə sazişinin olması mümkündür: “Hərçənd, bu Minsk qrupu formatından kənara çıxır. Onu qeyd edə bilərik ki, Rusiya-Türkiyə sazişi Qərbin regiona təsirinin azalması və Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi fonunda daha real görünür”.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up