Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

“Putin gələn həftə...” – Trampdan ŞOK TƏLƏB

26-11-2018, 11:00
Ana Səhifə » Siyasət, Dünya » “Putin gələn həftə...” – Trampdan ŞOK TƏLƏB
“Putin gələn həftə...” – Trampdan ŞOK TƏLƏB Ria24.az ABŞ-da prezident Donald Trampı Azov dənizində ötən gün baş verən münaqişəyə görə Rusiya prezidenti Vladimir Putini sərt cəzalandırmağa çağırıblar.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Brayan Fispatrik beynəlxalq hüququn Rusiya tərəfindən açıq şəkildə pozulduğunu bildirib.
“Rusiya tərəfindən Azov dənizində beynəlxalq hüquqların açıq pozulması və Ukraynanın müstəqilliyinə fitnəkar hücumu tamamilə qəbuledilməzdir. Rusiya Ukrayna gəmilərinin Ukrayna limanlarından azad istifadəsinə icazə vermək üçün Kerç boğazı vasitəsilə hərəkət azadlığını dərhal bərpa etməlidir”, - Konqres üzvü hesab edir.
Fispatrik qeyd edib ki, Moskvanın təcavüzü ABŞ-ın milli təhlükəsizlik maraqlarına birbaşa təhdiddir.
“Mən prezidenti və administrasiyanı gələn həftə G20 sammitində Vladimir Putini məsuliyyətə cəlb etməyə çağırıram. Biz ukraynalılarla yan-yana durmalıyıq”, - o əlavə edib.
Xatırladaq ki, ötən gün Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up