Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Ermənistan Rusiyadan yeni QIRICILAR ALIR - 100 milyon dollarlıq saziş

1-12-2018, 16:20
Ana Səhifə » Siyasət » Ermənistan Rusiyadan yeni QIRICILAR ALIR - 100 milyon dollarlıq saziş
Ermənistan Rusiyadan yeni QIRICILAR ALIR - 100 milyon dollarlıq saziş Ria24.az “Su-30SM” qırıcılarının Ermənistana çatdırılması üzrə Moskva və İrəvan arasında saziş müqaviləsinin imzalanmasına hazırlıq bitmək üzrədir.

Bu haqda Ermənistanın müdafiə naziri vəzifələrini icra edən David Tonoyan bildirib.

Tonayan qeyd edib ki, tərəflər müqavilənin imzalanmasının son mərhələsinə yaxınlaşır. Onun sözlərinə görə, silah alınması üçün Rusiyanın Ermənistana verdiyi 100 mln. dollar məbləğində kreditlə bağlı sazişin həyata keçirilməsi üzrə prosedurlar da başa çatmaq üzrədir.

Tonoyan həmçinin hərbi sferada Rusiya və Ermənistanın sıx əməkdaşlığından danışıb və qeyd edib ki, hazırda “birgə tədbirə” hazırlıq gedir. Ancaq o, məhz hansı tədbirdən söhbət getdiyini dəqiqləşdirməyib..

Xatırladaq ki, İrəvan və Moskva ötən ilin ilin oktyabrında yeni ixracat kreditinin Ermənistana ayrılması haqqında razılaşmanı imzalayıb. Kredit Rusiyada istehsal edilmiş hərbi məhsulun çatdırılmasına xərclənəcək.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up