Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Anti-milli qrupların Mehman Hüseynov FİASKOSU

7-01-2019, 18:00
Ana Səhifə » Siyasət » Anti-milli qrupların Mehman Hüseynov FİASKOSU
Anti-milli qrupların Mehman Hüseynov FİASKOSU Ria24.az "Bu qrupların gücü meydana 1000-2000 adam toplayıb dövləti və xalqı təhqir etməyə çatır"

Azərbaycan iqtidarı güclü, dünyada böyük nüfuza malik, öz milli maraqlarını müdafiə etməyi bacaran dövlət quruculuğunu başlıca vəzifə hesab edir, bu istiqamətdə ardıcıl və prinsipial siyasət həyata keçirir. Azərbaycan Prezidenti müasir dünyada yalnız haqlı olmağın üstünlüyü ilə kifayətlənməyərək, güclü dövlət quruculuğu, dinamik inkişaf prosesini 2018-ci ildə də uğurla davam etdirdi. Azərbaycan hakimiyyəti dünya siyasətində güc amilinin böyük rol oynadığını aydın görür və bunun region ölkələri, hətta dünya gücləri ilə bərabərhüququlu əməkdaşlığın əsas şərtlərindən biri hesab edir.

Azərbaycan hakimiyyəti ərazi və əhali baxımından kiçik bir dövləti beynəlxalq arenada söz sahibinə çevirdiyi və dünya siyasətinin zirvəsində ciddi faktor kimi çıxış etdiyi halda, destruktiv müxalifət ayrı-ayrı anti-Azərbaycan dairələrin təsiri altında ölkəni geriyə sürükləməyə çalışır. 25 ildir müxalifət adı altında radikal və destruktiv fəaliyyət göstərən anti-milli qruplar öz iş metodlarını dəyişə, yeniləşə bilmir, Azərbaycanın milli maraqlarına, dövlətə və xalqa qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər.

Bu qrupların gücü meydana 1000-2000 adam toplayıb dövləti və xalqı təhqir etməyə çatır, imkan verilərsə, 2003-cü ildə olduğu kimi iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərərlər.

Onların fəaliyyətlərini sosial şəbəkələrə keçirməsinin, hakimiyyətə qarşı təhqir, yalan, şantaj kampaniyaları təşkil etməsinin əsas səbəbi odur ki, özlərindən çox güclü rəqiblə mübarizə apara bilmədiklərini başa düşürlər.

Bu sabit marginal qruplar vaxtilə hakimiyyətdə olduqları dövrün xiffətini çəkir, artıq siyasi səhnədən getməli olduqlarını qəbul edə bilmir, 90-cı illərin ab-havası ilə yaşayır və bu gerilik artıq psixoloji problem həddinə çatıb.

Özünü “ana müxalifət” kimi təqdim edən AXCP-nin sədri Əli Kərimlinin davranışlarının təhlili göstərir ki, o, normal, şüurlu şəkildə hərəkət edən şəxs deyil. Çünki 25 ildən artıq müddətdə müxalifətdə olmaq, hər dəfə eyni fikirləri təkrarlamaq, özünü Məhsul stadionunun “demokratik prezidenti” kimi təsəvvür etmək, ətrafındakıları fantastik iddialara inandırmağa çalışmaq, sonda isə reallığa qayıdıb öz miskin durumu ilə barışmaq ən soyuqqanlı insanda da fəsad yaratmaya bilməz.

Buna görə də onun və yaxın ətrafının bütün çıxışları, sosial şəbəkələrdə paylaşdıqları, mitinqlərdə söylədiyi fikirlər “xəstə təxəyyülünün məhsulunu” xatırladır və adi boşboğazlıqdan başqa bir şey deyil.

Natamamlıq sindromundan əziyyət çəkən Əli Kərimli, Cəmil Həsənli kimilər oyun qaydalarını qəbul edə bilmir, özündən çox güclü rəqiblə bacara, iddialarını reallaşdıra bilmədiklərinə görə əziyyət çəkir, lakin yenə də 10 milyonluq xalq “məhz mən deyən kimi yaşamalıdır” fantaziyasından əl çəkmirlər. Bu, artıq AXCP sədrində ciddi psixoloji problemlərin olduğunu aydın göstərir.

Onlar dərk edə bilmirlər ki, bugünkü Azərbaycan artıq 1993-cü ildəki dövlət deyil, dünyada qəbul edilən, nüfuzlu, güclü, özünü müdafiə etməyi bacaran, öz sözünü deyən bir dövlətdir.

Azərbaycan cəmiyyəti bunları müasir dövlət idarəçiliyində görmür və bu qaraguruhun bir vaxt hakimiyyətə gələcəyi günü təsəvvürünə belə gətirmir.

Bütün fəaliyyətini sosial şəbəkələrdə keçirən və feyk profillər vasitəsilə ictimai rəyi formalaşdırmağa çalışan qaragüruh hesab edir ki, istənilən cəmiyyətdə baş verə biləcək ən adi hadisəni faciə səviyyəsinə çatrımaqla hakimiyyəti ictimai qınaq hədəfinə çevirə bilər.

Cinayət törədərək haqlı cəzasını almış bir şəxslə bağlı yalan məlumatlar əsasında kampaniya təşkil etmək, bu hadisəni az qala dövlət əhəmiyyətli məsələyə çevirmək cəhdi bu insanların nə qədər qeyri-ciddi olduğunu və cəmiyyətə hörmətsiz yanaşdıqlarını göstərir.

Mehman Hüseynov 2017-ci ilin martın 3-də həbs olunub. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.

Anti-milli qruplar və onların xaricdəki havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniya başlamaq üçün fürsət kimi istifadə edirlər. Məsələ elə təqdim edilir ki, guya M.Hüseynov quru aclıq keçirir, səhhəti kritik durumdadır.

Ədliyyə Nazirliyi Pentensiar Xidmətin məlumatına əsasən, Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır. Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda təsdiqini tapır.

Mehman Hüseynov jurnalist deyil, onu mediaya bağlayan yeganə səbəb qardaşı Emin Hüseynovun Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı qurum yaratmasıdır. Qardaşı gizli yolla başqa ölkəyə qaçırıldıqdan sonra, M. Hüseynovun da mühacir kimi xaricə çıxmasını təmin etmək məqsədilə onun guya “bloqer” olması və hakimiyyəti tənqid etdiyinə görə təzyiqlərlə üzləşməsi barədə rəy formalaşdırmağa cəhd göstərildi.

Əslində, aclıq aksiyası siyasi üsuldur və dünyanın müxtəlif ölkələrində bu metoddan istifadə olunur. Vaxtilə müxalifət düşərgəsini təmsil edən bir sıra şəxslər müxtəlif səbəblərdən bu yola əl atır, aclıq aksiyası keçirdiklərini bəyan edir, bu hadisə media tərəfindən ciddi piar olunurdu. Sonra isə müəyyənləşirdi ki, gündüz aclıq keçirdiklərini bəyan edən şəxslər əslində Çarlz Hayder kimi gizlincə qidalanırlar.

Hazırda Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Həbib Müntəzir, Ramiz Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Nahid Cəfərov və digər bu kimi Sorosun maliyyəsi ilə işləyən anti-milli ünsürlərin apardığı kampaniyaniya və irəli sürdükləri iddialar fiksiyadan başqa bir şey deyil.

Ayrı-ayrı hakimiyyət nümayəndələrinə qarşı kampaniya aparan bu şəxslər tərbiyə, əxlaq normalarından uzaq olduqlarını bir daha nümayiş etdirdilər.

Bu gün hakimiyyətə qarşı kampaniya aparanlar məsələyə yenidən məhkəmədə baxılmasını, ən azından məsələnin xarici ekspertlər tərəfindən araşdırmasını tələb edə bilərdilər. Ancaq insan haqlarına hörmət tələb edən bu ünsürlər Mehman Hüseynovla insidentdə zərər çəkən, xəsarət alan orqan əməkdaşı Əli Abdalovu mənəvi terrora məruz qoyurlar. Bunu o kəslər edir ki, öz aləmlərində guya Mehmanın simasında bəşəri hüquq və azadlıqları qoruyurlar.

Bu kampaniyanın arxasında kimlərin durduğu, əslində məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdi olduğu bəllidir. Təsadüfi deyil ki, Viktoruya Nulandın uşaqlarının çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan “The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə tamamlandı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın göründü.

Lakin anti-milli şəbəkə və onların xaricdəki havadarları unudurlar və dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq vasitəsilə danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu güzəştə məcbur etmək mümkün deyil.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up