Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Prezidentin oğlu yüksək vəzifəyə təyin olundu

16-04-2019, 14:00
Ana Səhifə » Siyasət, Dünya » Prezidentin oğlu yüksək vəzifəyə təyin olundu
Prezidentin oğlu yüksək vəzifəyə təyin olundu Ria24.az Belarus Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti səlahiyyətlərinin iraçısı vəzifəsinə ölkə prezidenti Aleksandr Lukaşenkonun böyük oğlu təyin olunub.

Prezidentin köməkçisi postunda da qalacaq Viktor Lukaşenko bu vəzifədə müvəqqəti və ictimai əsaslarla çalışacaq. Belarusda böyük beynəlxalq idman tədbirləri yekunlaşdıqdan sonra MOK-un Yığıncağında I vitse-prezident vəzifəsinə namizədliyə dair məsələ həllini tapacaq.

Ölkənin idman və turizm naziri Sergey Kovalçuk bildirib ki, Yığıncağın tarixi hələ müəyyənləşməyib. O, toplantının "Minsk-2019" II Avropa Oyunları və Avropa - ABŞ atletika matçından sonra təşkil olunacağına əminlik ifadə edib. Bu tədbirlər müvafiq olaraq, 21 - 30 iyunda və 9-10 sentyabrda keçiriləcək.

Qeyd edək ki, Belarus MOK-un prezidenti dövlət başçısı Aleksandr Lukaşenkodur. 44 yaşlı Viktor Lukaşenko ölkə rəhbərinin Qalina Lukaşenko ilə nikahından dünyaya gəlib. A.Lukaşenkonun 39 yaşlı Dmitri və 15 yaşlı Nikolay adlı oğulları da var. Dövlət başçısı məhz kiçik oğlunu özü ilə tez-tez rəsmi tədbirlərə, o cümlədən, xaricə aparır.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up