Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Mayda siyasi məhbuslar mövzusu qapanacaqmı?

16-04-2019, 16:40
Ana Səhifə » Siyasət » Mayda siyasi məhbuslar mövzusu qapanacaqmı?
Mayda siyasi məhbuslar mövzusu qapanacaqmı? Ria24.az Səidə Qocamanlı: “Siyasi məhbuslar məsələsini alver predmetinə çevirməyə qarşıyam”
50-dən çox siyasi məhbusun azad olunduğu Novruz əfvindən sonra gözlər indi də may ayına dikilib. Gələn ay iki önəmli tarix var. 10 mayda mərhum prezident Heydər Əliyevin anadan olmasının 96 illiyidir. Eyni zamanda 28 mayda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 ili tamam olacaq.
Bu tarixlərin birində ya amnistiya, ya da əfv sərəncamının veriləcəyi yönündə ehtimallar səslənir. Xüsusilə Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişin yekunlaşmaq üzrə olması inamı bir qədər artırır. Son olaraq, ölkəmizlə bağlı AŞ PA-da sərt dinləmələrin keçirilməsi yerdə qalan siyasi məhbusların da azad olunacağı ilə bağlı düşüncələri artırır.
Hüquq müdafiəçisi Səidə Qocamanlı bunları düşünür: “Siyasi məhbuslar məsələsini alver predmetinə çevirməyə qarşıyam. Hansısa şoular düzəltmək, çıxışlar etmək və o problemi gündəmdən düşməyə qoymamaq düzgün məsələ deyil. Bilirsiniz ki, bu problemlə biz çoxdan məşğuluq. Son əfv sərəncamı ilə çoxsaylı siyasi məhbusun azadlığa çıxmasında azacıq da olsa hüquq müdafiəçilərinin rolu oldu. Bu da bizi sevindirməyə bilməzdi. Daha çox siyasi məhbusun azadlığa buraxılmasını istərdik. Təəssüflər olsun ki, bəzilərinə şamil olunmadı. Amma bu o demək deyil ki, proses dayandı. Bizi xəstə məhbuslar, cəzalarının böyük bir qismini çəkənlər daha çox narahat edir. Çünki üzümüzə may ayı gəlir. Avropa İttifaqı ilə böyük bir sazişə imza atmalıyıq. Bu ayda digər siyasi məhbusların azad olunması çox müsbət olardı. Buna, açığı, inanıram. Bu da səbəbsiz deyil. Çünki mart ayında biz siyahını təqdim edəndə elə siyasi məhbuslar var idi ki, adları yox idi. Cəza müddətləri çox qalanlar siyahıda yox idilər. Fuad Qəhrəmanlı, Qiyas İbrahimov, Bayram Məmmədov kimi siyasilərin cəza müddəti 10 il idi. Amma buna baxmayaraq onlar azad olundular. Bu haradasa bizə ümidlər verir.
Çox arzulayardım ki, tez bir zamanda Seymur Həzi də azad olunsun. Onsuz da onun cəza müddətinin bitməsinə az qalıb. O, Azərbaycan jurnalistikasına öz töhfəsini vermiş şəxsdir. Azadlığa buraxılması məqsədəuyğun olardı. Digər tərəfdən, bilirsiniz ki, 2017-ci ildə cənab prezident tərəfindən verilən fərmanla indiyə qədər vaxtından əvvəl azadlığa çıxanlar olub. Bu mexanizm indi də işləməkdədir. Sadəcə olaraq, bəzi məhbuslar azadlığa buraxılanda mətbuatın nəzərindən qaçıb. Amma bizlər bunu bilirik. Yadımdadır ki, Səid Dadaşbəylinin işi üzrə iki nəfər yanvarda buraxıldı, lakin mətbuat tərəfindən kölgədə qaldı. Bu il düşünürəm ki, bir qisim insana azadlıq nəsib olacaq. Hərdən mənə elə gəlir ki, siyasi məhbus problemi kiminsə marağındadırsa, o, daima bu problemi saxlayacaq. Bu kiməsə sanki maraqlıdır. Kimsə bundan pul qazanır. Siyasi məhbus probleminin gündəmdə saxlanılması da təsadüfi deyil. Özünü gözə soxmayaraq kimlərsə problemin həlli üçün fəaliyyət göstərmək istəyirsə, buyursun. Hər bir insanın taleyi uğrunda mübarizə aparmaq lazımdır. Qışqırmaqla heç nə həll olunmur, iş görmək lazımdır. Son əfv sərəncamı bunu bir daha sübut etdi. Bu, ölkədəki hüquq müdafiəçilərinin əməyinin həm nəticəsi idi, həm də işimizə verilən qiyməti göstərdi. İşimiz davam edir. Çalışırıq ki, ölkəmizdə bu problem tamam həll olunsun. Biz böyük sazişin bağlanması ərəfəsindəyik. Əlbəttə, bu sazişlər Azərbaycana böyük töhfə gətirəcək. Ölkəmiz həm də Qərbin maraqlarına yönəlik öz töhfələrini verəcək”.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up