Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

“İğdırda Bakının azad edilməsi ilə bağlı konfrans keçiriləcək”

11-09-2019, 17:00
Ana Səhifə » Siyasət, Dünya » “İğdırda Bakının azad edilməsi ilə bağlı konfrans keçiriləcək”
“İğdırda Bakının azad edilməsi ilə bağlı konfrans keçiriləcək” Ria24.az “Tədbirdə diplomatlar, media nümayəndələri, Azərbaycandan köçmüş türk vətəndaşları iştirak edəcək”
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Moderator.az-a önəmli açıqlamalar verib.
Sabiq səfir bildirib ki, yaxın günlərdə Bakının azad olunmasının 101-ci ildönümündə Türkiyədə Azərbaycan və qardaş ölkənin birgə bayraqları qaldırılacaq:
"İğdırda tədbirin keçirilməsi ilə bağlı İğdır valiliyinə və Azərbaycanın Ankaradakı səfirliyinə təklif göndərdim. Təklif icra və səfirlik tərəfindən qəbul edildi. Qars Baş Konsulluğunun birgə təşkilatçılığı ilə sentyabrın 17-də İğdırda konfrans keçirilməsinə qərar verildi."
Azərbaycanın sadiq dostu olan sabiq səfir Hulusi bəy konfransda Bakının düşməndən azad olunmasından əvvəlki dönəmindən söz açacağını bildirdi:
"Konfransdan sonra başqa önəmli tədbirlər keçiriləcək. Tədbirdə İğdır valisi Ənvər Ünlü və Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev başda olmaqla cox sayda Azərbaycandan köçmüş türk vətəndaşları qatılacaq”.
Sabiq səfir eyni zamanda Azərbaycandan konfransa dəvətlilərin və media nümayəndələrinin olacağını bildirdi.
Xatırladaq ki, Azərbaycan Prezidentindən ilk “Dostluq" ordeni alan Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr üzrə ümumi koordinatoru Hulusi Kılıç olub ki, bu gün də o, yorulmadan öz dostluğunu-qardaşlığını əsirgəmir.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up