Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

“Qarabağ heç vaxt Ermənistanın ərazisi olmayıb və olmayacaq” – SAHİBƏ QAFAROVA

5-10-2019, 15:00
Ana Səhifə » Siyasət » “Qarabağ heç vaxt Ermənistanın ərazisi olmayıb və olmayacaq” – SAHİBƏ QAFAROVA
“Qarabağ heç vaxt Ermənistanın ərazisi olmayıb və olmayacaq” – SAHİBƏ QAFAROVA Ria24.az Sahibə QAFAROVA: “Hesab edirəm ki, cənab prezidentin “Qarabağ Ermənistanındır və nöqtə” deyən Ermənistanın baş naziri Nikol Paşinyanın cəfəng və sərsəm bəyanatına verilən ən sərrast cavab, işğalçı, təcavüzkar Ermənistana, Qarabağ separatçılarına vurulan ən güclü siyasi-diplomatik zərbədir…”

“Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Azərbaycan prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi bu bəyanat tarixi bəyanatdır. Hesab edirəm ki, bu, “Qarabağ Ermənistanındır və nöqtə” deyən Ermənistanın baş naziri Nikol Paşinyanın cəfəng və sərsəm bəyanatına verilən ən sərrast cavab, işğalçı, təcavüzkar Ermənistana, Qarabağ separatçılarına vurulan ən güclü siyasi-diplomatik zərbədir.

“Valday” kimi mötəbər, Rusiya Federasiyasının prezidenti daxil olmaqla, bir sıra hökumət və dövlət liderlərinin, nüfuzlu politoloqların, “beyin mərkəzləri” təmsilçilərinin iştirak etdiyi bir platformada belə bir birmənalı mövqenin ortalığı qoyulması Azərbaycan prezidentinin cəsarətinin, mahir siyasətçi və güclü dövlət lideri olmasının növbəti əyani göstəricisidir. Bu bəyanatı ilə cənab prezident bir daha təsdiqləmiş və nümayiş etdirmiş oldu ki, Qarabağ məsələsində heç bir mövqe dəyişikliyi yoxdur və Azərbaycan ərazi bütövlüyü məsələsində kimsəyə güzəştə getməyəcək. Cənab prezident bir neçə dəfə yüksək tribunalardan səsləndirdiyi fikri, ortaya qoyduğu mövqeni bu bəyanatı ilə bir daha da gücləndirmiş, qüvvətləndirmiş oldu.

Etikxeber.az xəbər verir ki, bu fikirləri professor, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova səsləndirib.

S. Qafarova bildirib ki, güclü və müstəqil Azərbaycan bu gün bütün məsələlərdə və sahələrdə Ermənistandan qat-qat öndədir və aradakı fərqlər müqayisəyə belə gəlməzdir.

Onun sözlərinə görə, Azərbaycan bu gün regionun təhlükəsizlik və sabitlik adasıdır, siyasi, iqtisadi, mədəni, humanitar, hərbi tədbirlərin, forumların ən yüksək səviyyədə təşkil edildiyi dialoq məkanı, milli və dini tolerantlıq mərkəzidir, Ermənistan isə gündən-günə zəifləyən, uçuruma doğru sürətləyən addımlayan vassal, forpost, yarımmüstəqil bir dövlətdir:

“Ermənistanın bu vəziyyətə düşməsinin səbəbi isə onun təcavüzkarlıq, işğalçılıq siyasəti yeritməsi, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməməsidir. Eyni zamanda, Ermənistanı uçurumun düz kənarına gətirib çıxaran onun populist, şovinizm xəstəliyinə mübtəla olmuş siyasətçiləri, dövlət rəhbərləridir. Onlar məhz öz dövlətlərini və xalqlarını bu cür acınacaqlı duruma gətirib çıxarıblar.

Nikol Paşinyanın reallığa söykənməyən, həqiqətəndən uzaq olan fikirləri, “ideyaları”, avantürist davranışları isə Ermənistanın və erməni xalqının vəziyyətini günü-gündən daha da ağırlaşdırmaqdadır. O, verdiyi vədlərin heç birini yetirə bilməyib, çünki yerinə yetirilməsi əsla mümkün olan vədlər deyil. Düşdüyü vəziyyətdən çıxmaq üçün də ağlasızmaz, cəfəng, avantürist, təxribatçılıq mahiyyəti daşıyan fikirlər səsləndirməkdə, cəbhə, təmas xəttində vəziyyəti gərginləşdirməkdə, atəşkəsin mütəmadi şəkildə pozulmasına cəhdlər göstərməkdədir.

O, bu yolla özünü sığortalamaq, ona qarşı olan qəzəbi səngitmək niyyətindədir. Ancaq bunlar mümkün olan məsələlər deyil. Bu gedişlərlə o heç nəyə nail ola bilməyəcək, həm özünün siyasi ömrünü, həmçinin, Ermənistanın vəziyyətini daha da ağırlaşdırmaqda davam edəcək”.

Ümumiyyətlə, BMT, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatların münaqişənin ədalətli həlli və Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə bağlı bir sıra qətnamələr qəbul etdiyini vurğulayan S. Qafarova deyib ki, həmin sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistanın etnik təmizləmə siyasəti pislənilir, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ancaq Ermənistan bu qətnamələrə məhəl qoymayıb və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunması istiqamətində heç bir iş görməyib:

“Əksinə, Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə və beynəlxalq çağırışlara məhəl qoymayaraq, sülh danışıqlarını pozmaqda davam edir və işğalçılıq siyasətindən əl çəkmir. Hər gün cəbhə xəttində atəşkəs pozulur, qanlar axıdılır. Elə bugünlərdə Qazax rayonunda dinc, mülki vətəndaşımızın öldürülməsi, bir hərbçimizin şəhid edilməsi göstərir ki, Ermənistan, Paşinyan hakimiyyəti ancaq və anvaq vəziyyətin gərginləşdirilməsinə, status-kvonun uzadılmasına çalışır, 30 ildən artıq davam edən qanlı münaqişənin sülh və danışıqlar yolu ilə həllində heç cür maraqlı deyil.

Ancaq vəziyyət belə davam edə bilməz və etməyəcək. Cənab prezidentin mövqeyi, mesajı bir daha göstərmiş oldu ki, Azərbaycan bu vəziyyətlə barışmır və barışmayacaq, öz toprpaqlarını beynəlxalq hüququn verdiyi imkanlardan istifadə etməklə, son qarışına kimi işğaldan azad edəcək. Bir sözlə, Qarabağ heç vaxt Ermənistanın ərazisi olmayıb və olmayacaq. Bu, Azərbaycanın tarixi ərazisidir və ərazisi olaraq da qalacaq”.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up