Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Parlament seçkiləri – Gələn ilin fevral ayının 2-də keçiriləcək?!

2-12-2019, 11:00
Ana Səhifə » Siyasət, Gündəm » Parlament seçkiləri – Gələn ilin fevral ayının 2-də keçiriləcək?!
Parlament seçkiləri – Gələn ilin fevral ayının 2-də keçiriləcək?! Ria24.az Sabah yeni-növbədənkənar parlament seçkiləri ilə bağlı Sərəncamın verilməsi nəzərdə tutulur.

Milli Məclisin (MM) sabahkı toplantısından-dövlət başçısına yeni seçkilərin keçirilməsini nəzərdə tutan müraciətin ünvanlamasından sonra ölkə Prezidenti tərəfindən axşam saatlarında növbədənkənar seçkilərlə bağlı Sərəncamın verilməsi gözlənilir.

Əgər sabah Sərəncam verilərsə, seçki (səsvermə) günü gələn ilin fevral ayının 2-nə təyin ediləcək.

Belə ki, Sərəncam veriləcəyi təqdirdə, seçki prosesi dekabrın 4-dən başlayacaq və 60-gün ərzində- 2020-ci ilin fevralın 2-cən davam edəcək.

Fevralın 2-də isə seçki (səsvermə) keçiriləcək.

Adının çəkilməsini istəməyən mənbə də saytımıza açıqlamasında seçkilərin fevralın 2-nə təyin edilməsinin gözlənildiyini bildirib.

“Bizdə olan məlumata görə, seçkilər fevralın 2-də keçiriləcək. Çünki gecikmə üçün də elə bir səbəb yoxdur. Beləliklə seçkilər fevralın 2-də baş tutacaq və həmin gün 6-cı çağırış parlamentin üzvləri seçiləcək”-deyə, mənbə bildirib.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up