Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Bilik Fondu ahıl müəllimləri təbrik edib

3-10-2018, 17:45
Ana Səhifə » Tədbirlər » Bilik Fondu ahıl müəllimləri təbrik edib
Bilik Fondu ahıl müəllimləri təbrik edib Ria24.az Müəllimlərə hədiyyələr, o cümlədən kitablar təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində Bilgəh qəsəbəsindəki müharibə və əmək veteranları üçün pansionatda yaşayan təqaüdçü müəllimlərlə görüşüblər. Bu barədə Bilik Fondundan məlumat verilib.

Görüşdə pansionatın müdiri Qətibə Əsədova, Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçilər Ramilə Qurbanlı, Elvin Hətəmov və məsləhətçi Xumar Fərzəliyeva iştirak ediblər.

Bilik Fondunun təşəbbüsünü alqışlayan Q.Əsədova Azərbaycan müəlliminə böyük hörmət və ehtiram göstərildiyini, pansionatda məskunlaşan ahıl müəllimlərin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

Sektor müdiri X.Hüseynova bu əlamətdar gün münasibətilə Bilik Fondu adından müəllimləri təbrik edib, onlara sağlamlıq və xoş ovqat arzulayıb. Ulu öndər Heydər Əliyevin “müəllimdən müqəddəs peşə yoxdur” kəlamını xatırladan sektor müdiri müəllim peşəsinin müqəddəsliyindən, bu şərəfli adın daşıyıcılarının gənc nəslin tərbiyəsində əvəzsiz rolundan danışıb. Bildirib ki, Bilik Fondu onları maraqlandıran mövzularda maarifləndirici tədbirlərin, görüşlərin təşkilinə hər zaman hazırdır.

Təqaüdçü müəllimlər onları hər zaman diqqətdə saxladığına və mütəmadi olaraq pansionatda belə görüşlərin təşkilinə görə Bilik Fondunun rəhbərliyinə öz minnətdarlıqlarını bildirərək gələcək görüşlərlə bağlı maraqlı təkliflərini səsləndiriblər.

Fondun əməkdaşları ahıl müəllimlərə hədiyyələr, o cümlədən kitablar təqdim ediblər. (

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up