Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

“Tiara” gəlinlik salonu müsabiqələrə fərqlilik qata bildi - FOTOLAR

29-10-2018, 10:00
Ana Səhifə » Tədbirlər » “Tiara” gəlinlik salonu müsabiqələrə fərqlilik qata bildi - FOTOLAR
“Tiara” gəlinlik salonu müsabiqələrə fərqlilik qata bildi - FOTOLAR Ria24.az Hər kəsə məlumdur ki, Azərbaycanda keçirilən gözəllik yarışmalarının sayı gün-bəgün artmaqdadır. Azərbaycanda idman sahəsinə maraq artdığı kimi, moda və modellik sahəsinə də böyük maraq yaranmaqdadır. Bunun nəticəsini demək olarki hər ay keçirilən moda müsabiqələrində görmək mümkündür.
Bütün bunları nəzərə alaraq, özünün fərqli sosial aksiyyaları ilə fərqlənən “Tiara” gəlinlik salonu bu müsabiqələrə də fərqlilik qata bildi. Beləki, Azərbaycanda ilk dəfə “Wedding Fashion” keçirməyi qarşısına məqsəd qoyan “Tiara” gəlinlik salonu müsabiqəni milli konseptdə keçirməyi qərara aldı. Uğurla davam edən layihə ictimaiəyyət tərəfindən rəğbətlə qarşılanaraq böyük marağa səbəb olmuşdur.
Müsabiqənin fotosessiyaları digər müsabiqələrdən fərqli olaraq milli libaslarda keçirilir. Bu işdə “Tiara”-ya “Mədəniyyətlərin təbliği və xalq yaradıcılığna dəstək” ictimai birliyi böyük dəstək olmaqdadır. Müsabiqə ərəfəsində tarix boyu günümüzə gəlib çatan xına mərasimi də canlandırılmaqdadır. Hər fotosessiya zamanı model xanımların əllərinə xına da çəkilir.
Müsabiqə 20 xanım arasında keçirilir. Hal-hazırda seçim turu davam edir. 20 xanımdan instaqram səhifəsində səsvermə nəticəsində yalnız 10 xanım seçilərək finala vəsiqə qazanacaqlar. Final gecəsi 10 dekabr “Pullman” otelində keçiriləcəkdir. Bu gecədə xanm modellər podiumda adi ziyafət ve idman libaslarında deyil, gəlinlik libaslarında cıxış edəcəklər.
PODİUM
Gecədə daha mir maraqlı məqam da ondan ibarətdir ki, “MeMarelli” moda evinin ziyafət libasları da tamami ilə başqa model xanımlar tərəfindən podiumda numayiş olunacaqdır. “MeMarelli” “Wedding Fashion Tiara” müsabiqəsinin fotosessiyalarında istifadə olunan milli libasların yaradıcısıdır. Bir çox moda müsabiqələrinin, TV aparıcılarının, müğənnilərin müraciət etdiyi bu moda evinin ekskluziv, təkrarolunmaz geyimləri 10 dekabr final gecəsində “Pullman” otelində nümayiş olunacaqdır.

MUSİQİLİ QONAQLAR
Final gecəsində maraqlı və ədalətli yarışma ilə birgə yerli müğənnilərin iştirakı ilə şou-proqramda olacaq. Gənc və istedadlı xanim Nərgiz Təhməzli, Bariton səsə malik və Azərbaycanı Italiyanın məhşur “San Remo” festifalında layiqincə təmsil edən Nofəl Aslanov, Son zamanlar “Youtube” və “İnstagram” izləyicilərinin sevimli müğənnisinə çevrilən gözəl ifası ilə hər kəsdən fərqlənən Nigar Mühərrəm, Sərhəd Qoşunları Orkestrinin solisti , Səs Azərbaycan layihəsinin ən parlaq iştirakçısı Nərmin Kərimbəyova, Son zamanlar musiqiləri ilə toyların bəzəyinə çevrilmiş “ Yallı” qrupu və s. musiqili qonaqlar tədbirə rəng qatacaqdır.
JURİ- MÜNSİFLƏR HEYƏTİ
Bu müsabiqənin münsiflər heyəti də olduqca maraqlıdır. Respublikanın əməkdar artistləri, gözəl müğənnilərimiz Mətanət İsgəndərli, Elza Seyidcahan, Kreativliyi ilə seçilən aparıcılar, Atv kanalının ən uğurlu aparıcısı Mətanət Allahverdiyeva və Lider TV-nin baş prodüseri, “TexnoPark” verlişinin dinamik aparıcısı Zaur Əliyev, Azərbaycanın ən tanınmış və zovqlu bloggeri Lalə Əhmədova, gənc təşkilatçı və keçirdiyi müsabiqələrlə fərqlənən Aqil İlqaroğlu, “Mədəniyyətlərin təbliği və xalq yaradıcılığna dəstək” ictimai birlyinin sədri model-dizayner Laləndar Novruzova, Gözəl və dünyaca tanınmış modelyer-dizayner Şəlalə Maqsudova, İlin ən aktiv iş xanımı “ Canana&Legend”gözəllik salonunun rəhbərliyi Canana Həmidli, Lider TV, Space TV, DTV kanallarının əməkdaşı, “Express Xəbər” portalının redaktoru peşəkar jurnalist və yazar Lalə Qəzənfər, “ Avon Azərbaycan”-ın brend menejeri Lalə Həsənova da juri heyyətinin tərkibindədirlər.
SPONSOR VƏ TƏRƏFDAŞLAR
Layihənin sponsorları da maraqlıdır.
“Sushi Azərbaycan” –müsabiqənin ilk sponsorudur. Özünün fərqli və keyfiyyətli xidməti ilə seçilən “Sushi Azərbaycan” müsabiqənin sponsoru olmaqla yanaşı hər 10 müsabiqə iştirakçısına “Sushi Set” hədiyyə edəcəkdir. Qida sektoru üzrə layihənin digər sponsoru da gözlənilir.
“Avon Azərbaycan” –bir dünya brendi olaraq, artıq Azərbaycanda rəsmi fəaliyyətinə start vermişdir. Beləki, ilk dəfə olaraq məhz “Wedding Fashion Tiara” layihəsinə sponsorluq edən keyfiyyəti ilə fərqlənən “Avon Azərbaycan” hər 20 iştirakçıya kosmetik set hədiyyə edəcəkdir.
Növbəti sponsor isə məişət texnikasının Azərbaycanda ən keyfiyyətli nümayəndəsi “ Bompani Azərbaycan”-dır. Bir İtaliya brendi olan bu məhsullar bu günə qədər alıcıların rəğbətini qazanmış və öz sahəsində xidmətində fərqləyində görə yerini daha da möhkəmlətmişdir. “ Bompani Azərbaycan” da öz növbəsində yarışın 1, 2 və 3-cü yerlərinin sahiblərini müxtəlif və fərqli hədiyyələrlə təltif edəcəkdir.
Partynor olaraq öz dəstəyini əsirgəməyən “ Canana&Legend” gözəllik salonu da müsabiqənin əsas aparıcı qüvvələrindən biridir. Model xanımların bəzədilməsində onların zövq işlərində dəstək olan bu salonun əziyyəti əvəzolunmazdır. Müştərilərin razılığı, keyfiyyətli xidməti, bacarıqlı ustaları və səmimi rəhbərliyi ilə fərqlənən bu gözəllik məkani “Tiara” gəlinlik salonunun necə düzgün seçim etdiyinin bir bariz nümunəsidir.
 “Tiara” gəlinlik salonu müsabiqələrə fərqlilik qata bildi - FOTOLAR
 “Tiara” gəlinlik salonu müsabiqələrə fərqlilik qata bildi - FOTOLAR
 “Tiara” gəlinlik salonu müsabiqələrə fərqlilik qata bildi - FOTOLAR
 “Tiara” gəlinlik salonu müsabiqələrə fərqlilik qata bildi - FOTOLAR
 “Tiara” gəlinlik salonu müsabiqələrə fərqlilik qata bildi - FOTOLAR
 “Tiara” gəlinlik salonu müsabiqələrə fərqlilik qata bildi - FOTOLAR
 “Tiara” gəlinlik salonu müsabiqələrə fərqlilik qata bildi - FOTOLAR

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up