Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

ADU-da “Frankofoniya həftələri” çərçivəsində tədbir keçirildi- FOTO

12-04-2019, 12:20
Ana Səhifə » Tədbirlər » ADU-da “Frankofoniya həftələri” çərçivəsində tədbir keçirildi- FOTO
ADU-da “Frankofoniya həftələri” çərçivəsində tədbir keçirildi- FOTO Ria24.az Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Frankofoniya həftələri” çərçivəsində “Meksika ədəbiyyatında fransız dilinin rolu” adlı tədbir keçirilib.

Tədbir universitetin Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzi ilə İspan dili mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.Tədbirdə Meksika, Fransa, Kuba, Venesuela, Braziliya, Argentina, Rumıniyanın ölkəmizdəki səfirləri, Çili və Misir səfirliklərinin nümayəndələri iştirak edib.

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Meksikanın görkəmli şair və yazıçıları olan Karlos Fuentes, Oktavio Paz, Alfonso Reyes, Armado Nervonun həyat və yaradıcılıqları haqqında məlumat verib.

Daha sonra universitetin tələbələri həmin müəlliflərin şeir və hekayələrini fransız və ispan dillərində səsləndiriblər.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up