Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Qaradağda Polis günü qeyd edildi - FOTO

2-07-2019, 16:40
Ana Səhifə » Tədbirlər » Qaradağda Polis günü qeyd edildi - FOTO
Qaradağda Polis günü qeyd edildi - FOTO Ria24.az 02 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 02 iyul – Polis işçilərinin peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik etmişdir. Öz çıxışında Azərbaycan Polisinin uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayaraq Daxili İşlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd etmişdir. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, polis əməkdaşlarının əmək haqları xeyli artırılmış, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Bu da polislərimizdə məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir. Polislərimizin çəkdikləri zəhmətə və əziyyətə görə hər cür hörmətə layiq olduqlarını bildirib.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən bir neçə polis işçisinə fəxri fərman və hədiyyələr təqdim olundu.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up