Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Gəncə şəhərində “Vəhdət dəyərimizdir” adlı üç günlük seminarın açılış mərasimi olub

24-09-2019, 11:20
Ana Səhifə » Tədbirlər » Gəncə şəhərində “Vəhdət dəyərimizdir” adlı üç günlük seminarın açılış mərasimi olub
Gəncə şəhərində “Vəhdət dəyərimizdir” adlı üç günlük seminarın açılış mərasimi olub Ria24.az Sentyabrın 23-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Gəncə şəhərində həyata keçirilən üç günlük seminarın açılış mərasimi olub.



Açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərində yerləşən abidəsi ziyarət edilərək Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Vüqar Səmədov, Şamaxı, İsmayıllı, Ağdaş, Göyçay, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarından, eləcə də Gəncə və Mingəçevir şəhərlərindən olan dini icma sədrləri və din xadimləri iştirak edib.


Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev belə əhəmiyyətli tədbirin Gəncə şəhərində keçirilməsindən məmnunluğunu ifadə edib. Seminarın təşkilatçıları və iştirakçılarına öz təşəkkürünü bildirən A.Əliyev keçirilən “Vəhdət dəyərimizdir” layihəsinin işinə uğurlar arzulayıb.


Tədbirdə nitq söyləyən Fondun icraçı direktoru Mehman İsmayılov layihə haqqında danışaraq bildirib ki, "Vəhdət dəyərimizdir" layihəsi çərçivəsində seminarlar bundan əvvəl Lənkəran, Zaqatala və Oğuz rayonlarında keçirilib. Gəncədə keçirilən seminar layihənin sayca 4-cü tədbiridir. Layihədə bu günədək ölkənin 40-dək bölgəsindən 400-ə yaxın din xadimi iştirak edib.



"Vəhdət dəyərimizdir" layihəsinin keçirilməsində əsas məqsəd ölkənin müxtəlif bölgələrindən olan din xadimlərinin bir araya gələrək aralarında mehribançılığın, dostluğun yaranmasına, onların bir-birlərini tanıyaraq aralarında vəhdətin, birliyin daha da möhkəmlənməsinə töhfə verməkdir. Bu tipli tədbirlər növbəti illərdə də davam etdiriləcək.


Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış "Vəhdət qanımızdadır" sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, 23-25 sentyabr tarixlərini əhatə edən üç günlük seminar çərçivəsində Gəncə şəhərinin dini-tarixi, mədəni abidələrinin ziyarəti, birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up