Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Qarabağ və Şəhidlik mövzusunda tədbir keçirilib

10-10-2019, 10:40
Ana Səhifə » Tədbirlər » Qarabağ və Şəhidlik mövzusunda tədbir keçirilib
Qarabağ və Şəhidlik mövzusunda tədbir keçirilib Ria24.az Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə bu gün “Qarabağa gedən yol Şəhidlikdən keçir” mövzusunda Dəyirmi Masa keçirilib. Tədbiri QAT sədri Akif Nağı açıb, giriş sözü söyləyib. Sonra ilahiyyatçı- filosof, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, Qarabağ Əlillər Cəmiyyətinin sədri Firidun Məmmədov, ilahiyyatçı ekspert Hacı Hacıağa Nuri, Qarabağ qazisi, şəhid atası Əkbər Rüstəmov, ilahiyyatçı alim Hacı Qubad, 20 yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə, ilahiyyatçı alim Hacı Növrəstə İbrahimova, Qarabağ qazisi Zaur Bayramoğlu və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini deyiblər. Sonda Dəyirmi Masa iştirakçıları bəyanat qəbul ediblər. Bəyanatda göstərilir: Kərbəla şəhidlərinin növbəti ildönümü günlərində bir daha İmam Hüseyn Şəhidlik Məktəbini yada salır, Qarabağın azadlığına gedən yolun Şəhidlikdən keçdiyini bəyan edirik. Yüz illərdir ki, Kərbəla müsibəti insanların yaddaşlarından silinmir, İmam Hüseyn şəhidlik nümunəsi insanları haqsızlığa, ədalətsizliyə, zülmə, işğala, təcavüzə qarşı mübarizəyə ruhlandırır, minlərlə fədaini, mücahidi müqəddəs savaşa səfərəbər edir. Xalqımız Ermənistanın işğalına, təcavüzünə, erməni vəhşiliyi və vandalizminə artıq dözmək istəmədiyini birmənalı şəklidə nümayiş etdirir. Torpaqlarımız, ata yurdumuz, mənəvi, dini dəyərlərimiz, heysiyyatımız, mənəviyyatımız artıq düşmən tapdağından azad edilməlidir. Azərbaycan xalqı dəfələrlə düşmənə qarşı ölüm-dirim savaşına girməyə, ölməyə və öldürməyə hazır olduğunu bəyan edib. Biz də Azərbaycan xalqının iradəsinə söykənərək, Kərbəla şəhidlərinin, Qarabağ Şəhidlərinin nümunəsindən örnək götürərək, Azərbaycan hakimiyyətindən yağı düşmənə qarşı dərhal müqəddəs savaşın başlanmasını tələb edir, bu savaşın önündə olacağımızı bəyan edirik! Başqa yol yox artıq!

Ya Qarabağ, ya ölüm!

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up