Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

ADPU-da “Nəsimi-650” kitabının təqdimatı keçirilib

14-12-2019, 12:20
Ana Səhifə » Tədbirlər » ADPU-da “Nəsimi-650” kitabının təqdimatı keçirilib
ADPU-da “Nəsimi-650” kitabının təqdimatı keçirilib Ria24.az Dekabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlərin davamı olaraq “Nəsimi-650” kitabının təqdimatı keçirilib. Təqdimatda universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edib. Tədbirdə ilk olaraq Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusufun dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında musiqi kompozisiyası və fakültənin tələbələrinin təqdimatında “Sığmazam”, “Etməgil” və “Ey qafil, oyan” qəzəlləri səsləndirilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, dahi Azərbaycan şairi İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il ölməz şairimiz İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə ölkəmizdə “Nəsimi ili” elan olunub. Böyük mütəfəkkir İmadəddin Nəsiminin yubileyinin belə möhtəşəm və geniş miqyasda keçirilməsi Azərbaycan ədəbiyyatına və ölməz sənətkara olan sevginin həmişəyaşarlığından xəbər verir.

Tədbirdə Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova çıxış edərək “Nəsimi-650” kitabını təqdim edib. Kitabdakı məqalələrin rus, ingilis və fransız dillərinə tərcümə olunmasında Xarici dillər mərkəzinin fəaliyyəti və rolu olduğunu bildirib. Silsilə tədbirlərin keçirilməsində tələbələrin əvəzolunmaz rolu olduğunu da qeyd edib.

Tədbirdə İmadəddin Nəsimiyə həsr olunmuş slayd nümayiş etdirilib.
Baxış Sayı 107

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

create gmail account gmail sign in gmail sign up