Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Şəhid Fizuli Salahovun anım günü qeyd olunub -FOTOLAR

17-12-2019, 17:00
Ana Səhifə » Tədbirlər » Şəhid Fizuli Salahovun anım günü qeyd olunub -FOTOLAR
Şəhid Fizuli Salahovun anım günü qeyd olunub -FOTOLAR Ria24.az
Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə, hər kəsin vətəndaşlıq borcudur.

Bu fikirlər 2017-ci ilin dekabr ayının 13-də Fizuli rayonu ətrafında gedən döyüşlərdə şəhid olmuş Fizuli Salahovun Şabran rayonundakı evində səsləndirilirdi. Mərasimə Şəhidin döyüş yoldaşları, dostları, Şəhid ailələri, qazilər və mətbuat nümayəndələri qatılmışdılar. Yaxınları Fizuli Salahovun həyat yolundan, hərbidə göstərdiyi şücaətlərdən danışıb, onu xoş yad ediblər. Daha sonra Şəhidin məzarı ziyarət olunub, dualar oxunub.

Qeyd edək ki, Fizuli Süleyman oğlu Salahov 1978-ci ildə indiki Şabran rayonunun Gəndov kəndində dünyaya gəlib. 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunub. Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Fizuli Salahova “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal təqdim edilib. 2016-cı ilin aprel döyüşlərində iştirak edib. 13 dekabr 2017-ci ildə cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. 2018-ci ilin fevralın 23-də ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalla təltif edilib.

Allah rəhmət etsin.

Günel Yaz

Şəhid Salahov Fizuli Süleyman oğlunun anım günün qeyd olunubŞəhid Salahov Fizuli Süleyman oğlunun anım günün qeyd olunubŞəhid Salahov Fizuli Süleyman oğlunun anım günün qeyd olunubŞəhid Salahov Fizuli Süleyman oğlunun anım günün qeyd olunubŞəhid Salahov Fizuli Süleyman oğlunun anım günün qeyd olunub
Baxış Sayı 63

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

create gmail account gmail sign in gmail sign up