Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Milli KSM Mükafatı 2019-un qalibləri - fotolar

25-01-2020, 19:00
Ana Səhifə » Tədbirlər » Milli KSM Mükafatı 2019-un qalibləri - fotolar
Milli KSM Mükafatı 2019-un qalibləri - fotolar
Milli KSM Mükafatı 2019-un qalibləri - fotolar


Ria24.az Əziz dostlar, dünən ölkəmizdə 2-ci dəfə Milli KSM Mükafatı 2019-un qalibləri açıqlandı. KSM-in ölkəmizdə inkişafı üzrə dövlət siyasətinin, o cümlədən Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq təşkil olunan müsabiqənin komissiyasında iştirak edən və BMT-nin dayanıqlı inkişaf istiqamətlərinə müvafiq müsabiqəyə təqdim olunan layihələrin qiymətləndirilməsini həyata keçirən bütün qurumlara, xüsusən:
-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi,
-Azərbaycan Respublikası Təhsil Nazirliyi,
-Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
-Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi,
-Asan Xidmət,
-Kiçik və Orta Biznesin İnkişafı Agentliyi,
-ABAD,
-NAYORA
-Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası,
-Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası,
-CSR Turkey, CSR Europe, o cümlədən CSR Azerbaijan-ın gənc komandasına təşəkkür edirəm.

Milli KSM Mükafatı 2019-un qalibləri olan Azerigold QSC, Kapital bank, Norm, Bank of Baku, Unibank, Bank Respublika, Bakcell rəhbərliyini və marketinq-PR komandasını ürəkdən təbrik edirəm.

Dünən həmçinin ölkəmizdə ilk dəfə keçirilən sosial şərgidə iştirak edən qurumlara və şirkətlərə:
-KOB
-ASK,
-ATİB
-TÜİB
-NAYORA
-Gəncliyə Yardım Fondu
-Azerigold QSC,
-Veysəloğlu Group,
-Bakcell,
-Unibank,
-Bank of Baku,
-BTF,
-Kapital bank
-Bank Respublika,
-Bakcell və s. xüsusi təşəkkür edirəm.

PR menecerlərin şəxsi inkiaşafını təmin etmək məqsədilə günün 2-ci yarısında təşkil etdiyimiz "Sosial təsdiq üçün trendlər" mövzusunda seminarda iştirak edən kolleqalara, iş adamları dostlarımıza, o cümlədən MÜSİAD Azərbaycan rəhbərliyinə və üzvlərinə ürəkdən təşəkkür edirəm.

BP-nin vitse prezidenti cənab Bakhtiyar Aslanbayli öz çıxışında qeyd etdi ki, BP daxilində Korporativ Sosial Məsuliyyət ifadəsi artıq sosial sərmayə olaraq ifadə olunur. Arzu edirəm ki, hər il milli şirkətlərimiz və Azərbaycan ərazində çalışan xarici şirkətlər daha çox və uğurlu sosial layihələr həyata keçirsinlər. Bu həm uğurlu sosial sərmayə (social investment) olacaq, həm də birlikdə cəmiyyətimizin rifahı üçün çalışmış olacağıq.

PR və kommunikasiya mütəxəssisləri, marketoloq dostlarımıza deyim ki, CSR Azerbaijan-ın növbəti ödənişsiz seminarı 12 sentyabr 2020 tarixində KSM layihəsini yazmaqla bağlı mövzu olacaq.

Milli KSM Müsabiqəsi 2020-yə layihə qəbulu isə 21 sentyabr 2020-də başlayacaq. Uğurlar
Baxış Sayı 81

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

create gmail account gmail sign in gmail sign up